İran İslam Respublikası Ordusu Oman dənizində qanunu pozan neft daşıyan tankeri ələ keçirib + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Oman dənizində İran gəmisi ilə toqquşaraq bir neçə iranlı ekipaj üzvünün itkin düşməsinə və yaralanmasına səbəb olan qanun pozuntusuna yol verən gəmi Oman dənizində İran Hərbi Dəniz Qüvvələri tərəfindən müəyyən edilərək ələ keçirilib.
Aprelin 27-də İran İslam Respublikasının silahlı qüvvələri Oman dənizində İran gəmisi ilə toqquşması nəticəsində bir neçə iranlı ekipaj üzvünün itkisinə və yaralanmasına səbəb olan “Advantage Sweet” adlı qanun pozuntusuna yol verən gəmini ələ keçirib.
İran Ordusunun ictimaiyyətlə əlaqələri elanda bildirib: “Oman dənizi sularında naməlum gəminin İran gəmisi ilə toqquşması nəticəsində iki nəfərin həyatının naməlum olmasından və bu gəminin daha bir neçə ekipaj üzvünün yaralanmasından sonra naməlum gəmi beynəlxalq qaydaları pozdu. Beləki gəmiyə və yaralılara kömək etməkdənsə, Oman dənizindən qaçmağa çalışdı. İran İslam Respublikasının Dəniz Nəzarət və Xilasetmə Mərkəzinin Beynəlxalq Dəniz Təhlükəsizliyi Mərkəzindən (MRCC) sorğusundan dərhal sonra, Çabaharda yerləşən qüvvələrimiz Oman dənizində naməlum gəmini müəyyən edib və ələ keçirib”.
Bu əməliyyatda İran Ordusu donanmasının “Bayəndor” esminesi Marşal adaları bayrağı ilə qaçan xəta törətmiş gəmini ələ keçirərək, onu İran İslam Respublikasının sahil sularına yönəldib.
Bu hadisədən sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanması bəyanat yayaraq bildirib: “İranın hərəkətləri beynəlxalq qanunlara ziddir və regionun sabitlik və təhlükəsizliyini pozur. İran bu tankeri dərhal buraxmalıdır. İranın gəmilərə hücumu və regional sularda dəniz nəqliyyatı hüquqlarına müdaxiləsi ilə bağlı davamlı fəaliyyəti dəniz təhlükəsizliyi və qlobal iqtisadiyyat üçün təhdiddir”.
Rəy