Mossad Azərbaycanı İran casusluğu üçün mərkəz kimi istifadə edir

Cümə axşamı 27 Aprel 2023 - 16:47
https://az.iswnews.com/?p=21216

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrailin “Yerusəlim Post” qəzeti illər öncə Mossadın Azərbaycanı İran casusluğu üçün mərkəz kimi istifadə etdiyini qeyd etmişdir.

Təqdim etdiyimiz “Yerusəlim Post” qəzetində bu başlıqla yer alan xəbər, 12 il öncəyə aiddir.

“Şimon” kod adı ilə fəaliyyət göstərən Mossad üzvlərindən biri, “The Times” xəbər agentliyinə verdiyi müsahibəsində deyir:
“Bura (yəni, Azərbaycan) əks-kəşfiyyat işi üçün mərkəz nöqtədir. Bizim buradakı mövcudluğumuz sakit və gizlin olmaqla yanaşı həm də diqqət mərkəzindədir. Biz, buradakı mövcudluğumuzu keçən il (2011) biraz da artırmışdıq. Bu isə bizi İrana daha da yaxınlaşdırır. Bakıdan cənubda, təkcə bir neçə saatlıq fasilədə yerləşən İran sərhəddi, Tehranın fəaliyyətləri barədə lazım olan kəşfiyyat materiallarının toplanılması üçün əsas məntəqədir”.

O, sözünün davamında deyib: “Sərhədlər boyunca daim azad şəkildə get-gəldə olan insanlar var ki, onlarda bizə lazım olan çoxlu kəşfiyyat məlumatları var.”

Qeyd edək ki, İsrailin milli kəşfiyyat orqanı olan Mossad Bakıdakı fəaliyyətinə 26 il bundan əvvəl rəsmi şəkildə başlamışdı.

Bundan əlavə, 2009-cu ildə sionist rejimi, Bakıda təhlükəsizlik və kəşfiyyat fəaliyyətləri göstərdiyini açıq-aşkar elan etdiyi halda, Əliyev rejimi son bir neçə aya qədər onların Bakıdakı varlığını inkar etməyə çalışmış və bu iddianı gərginlik yaratmaq istəyən bir qrup insanın xəyyalları hesab etmişdi.

Əziz oxuyucular İranın haqqlı olaraq narahatlığını İsrailin özü belə çəkinmədən etiraf etdiyi halda YAP rejimi bu narahatçılığı əsassız adlandırır. İsrailin Azərbaycan torpaqlarında İran əleyhinə istifadə etməsi dünənin işi deyil, illərdir ki, bu fəaliyyət davam edir.

Mənbə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir