Qəzza müqaviməti yer-hava raketini sınaqdan keçirdi + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstinin müqavimət qüvvələri tərəfindən Qəzzada yer-hava raketi sınaqdan keçirilib.
Qəzzadakı yerli mənbələr bu gün (cümə axşamı) bu bölgənin səmasında yer-hava raketinin sınağı barədə məlumat veriblər.
Bu raket dənizə doğru atılıb və bundan sonra böyük partlayış səsi Qəzza şəhərini bürüyüb.
Müqavimət öz imkanlarını artırmaq üçün silah sınaqlarını davam etdirir.
Fələstin mənbələri və Qəzzədəki müqavimət qüvvələri sınaqdan keçirilən raketin növü ilə bağlı hələlik heç bir xəbər yaymayıblar, baxmayaraq ki, bu cür sınaqlar misilsizdir, belə ki, bu ilin əvvəlindən bəri müqavimət qüvvələri səkkizinci dəfədir ki, yer-hava atəş sınaqları keçirir.
Qeyd edək ki, son gərginlik zamanı və sionist rejim qırıcılarının Qəzza zolağına havadan hücumları zamanı müqavimət qüvvələri yer-hava raketləri ilə atəşə tutmuşdular.
İzzəddin Əl-Qəssam batalyonlarının (Həmasın hərbi qolu) qüvvələri Sovet İttifaqı istehsalı olan Strela 2 çiyindən atılan raketlərin özəlləşdirilmiş versiyasının atış anının şəkillərini və videolarını dərc edib.
Fələstinli hərbi və siyasi mənbələrin bildirdiyinə görə, Qəzza müqaviməti bu raketlərin inkişafı ilə İsrail qırıcılarının Qəzza üzərində qayğısız uçuşuna maneəyə çevriləcəyinə ümid edir. Xüsusilə 2014-cü ildən, müqavimət qüvvələri 14,5 mm-lik zenit silahlarından istifadə etdiyi üçün İsrail helikopterləri artıq Qəzzaya yaxınlaşmağa cəsarət etmir və məqsəd Qəzzanın səmasını hər cür düşmənin hava təchizatının uçması üçün təhlükəli vəziyyətə salmaqdır.
Rəy