Təhrik-e-Taliban Svat bölgəsindəki polis bölməsinə terror hücumu edib + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Təhrik-e-Taliban Pakistan qruplaşmasının üç kamikadzesinin Pakistanın şimal-qərbində Xeybər-Paxtunxva əyalətindəki terrorla mübarizə polis bölməsinə silahlı hücumu və partlamaları nəticəsində azı 76 nəfər ölüb və yaralanıb.
Xeybər-Paxtunxva əyalətinin Svat bölgəsində yerləşən Kəbəl şəhərində Terrorla Mübarizə Polis bölməsində (CTD) Təhrik-e-Taliban Pakistan (TTP) qruplaşmasının üç kamikadzesinin silahlı hücumu və partlaması nəticəsində, bəzisi polislərin də olduğu ən az 16 nəfər ölüb, 60 nəfər yaralanıb
Bazar ertəsi, aprelin 24-də axşam (yerli vaxtla) 20:20-də Pakistanın Təhrik-e-Taliban (TTP) qruplaşmasının üç silahlısı əvvəlcə Svat bölgəsində Terrorla Mübarizə polis qüvvələri ilə toqquşub və oradakı sursat anbarına çatdıqdan sonra, biraz fasilə ilə, döyüş sursatlarının partlamasına və yanmasına səbəb olan intihar kəmərlərini partladıblar.
Xeybər-Paxtunxva polis rəisi Axtar Həyat polis bölməsindəki partlayışın səbəbinin elektrik şəbəkəsi olduğunu bildirib. Lakin Təhrik-e-Taliban Pakistan qollarından biri olan yeni yaradılmış Təhrik-e-Cihad Pakistan (TJP) qrupu açıqlama yayaraq bu hücumun məsuliyyətini öz üzərinə götürüb. Həmçinin qruplaşma bu partlayışların səbəbi kimi öz üzvlərinin kamikadze əməliyyatlarının uğurla həyata keçməsi olduğunu açıqlayıb.
Bu hücum 2023-cü il yanvarın 31-də Pişavər şəhərinin Xutut Polis məscidində törədilən kamiadze hücumdan sonra Pakistan polis qüvvələrinə qarşı ən böyük terror hücumu hesab olunur. Həmçinin, Təhrik-e-Taliban Pakistan (TTP) ilə əlaqəli cihadçı qrupların bu hücumun itkiləri qədər geniş bir əməliyyat keçirməmiş olduqlarını və bu baxımdan Təhrik-e-Talibana bağlı qrupların təhlükəsinin hədsiz dərəcədə artığını söyləmək olar.
Rəy