Niyə Azərbaycanda Ramazan bayramı iki müxtəlif gündə keçirildi?

Bazar ertəsi 24 Aprel 2023 - 18:33
https://az.iswnews.com/?p=21087

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 21-i cümə günü Fitr bayramı və Şəvval ayının birinci günü olaraq elan etdi və Bakının Təzəpir məscidində Fitr bayramı namazına imamlıq edərək namazı qıldırdı.

Bu, bütün şiə təqlid mərcələrinin 22 aprel şənbə günü Fitr bayramı olduğuna baxmayaraq baş verdi. Şiələr şənbə günü səhər Ramazan bayramı namazını qılmaq üçün məscidlərə gedərkən polis qüvvələri tərəfindən onların qarşısı alınıb. Qafqaz Müsəlmanları İdarəsi hələlik bu məsələyə münasibət bildirməyib.

Hökumət mediaları multikulturalizmi və dini etiqad azadlığını ifadə etməklə bu ölkədə bütün dini məzhəblərin bərabər azadlıqlara malik olduğunu iddia edir. Baxmayaraq ki, oniki imamlı şiələr çoxluq təşkil edərək öz istəkləri ilə namaz qıla bilmirlər və Qafqaz Müsəlmanları İdarəsi Türkiyə ilə dini təqvimi Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin fərmanına əsasən uyğun olaraq tənzimləyir.
Azərbaycan hökuməti şənbə günü Fitr namazı üçün toplaşmağı qadağan edib, cümə günü bayram elan etsə də, İndoneziya, Banqladeş, Pakistan, İran, İraq və s. kimi İslam ölkələrində bayram şənbə günü olub.

Həmçinin bu qərar kifayət etməmiş kimi, Azərbaycan mediaları burada İran İslam Respublikasını günahkar və inadkar bir ölkə kimi təqdim edib. O cümlədən, müxalifət qurumlarından olan Tural Abbaslı bu məsələdə İran İslam Respublikasını kəskin təhqir edib. Bir halda ki, bu məsələ yalnız fiqhi və şəri məsələdir və şərti ayın görünməsidir. Əksinə Azərbaycan hakimiyyətinin bu addımını bir mənalı olaraq atıldığını görmək olar. Qərb tərəfdən icra olunan 2030 planına əsasən şiəliyin kökünün kəsilməsi fonunda bu hərəkətin icra olunması aydın bir məsələdir. Qərb bəzi vaxtlar vasitəsiz, bəzi vaxtlar müxtəlif ölkələrin vasitəsi ilə, o cümlədən, Türkiyə kimi ölkələri ortaya atmaqla öz planlarını icra edir və şiəliyin əsas mərkəzi olan İran İslam Respublikası əleyhinə bacara biləcəyi hər bir hərəkətdən istifadə edir.

Cümə günü Fitr bayramının elan edilməsinin haşiyə məsələləri az olmayıb və Qafqaz Müsəlmanları İdarəsi sədrinin açıqlamaları da bu ölkədə xeyli tənqidlərə səbəb olub. O, din məsələsini siyasətdən ayrı hesab edib. Həmçinin namazın sonunda hökumət mediaları ilə söhbəti zamanı şiə məzhəbinin dini fəallarının kütləvi şəkildə həbs olunması məsələsinə münasibət bildirib. A.Paşazadə şiə dini fəalların həbsinə etirazları təkzib edərək deyib: “Azərbaycanda bizdə dinsiz yoxdur, dini inancına görə həbsdə olan vətəndaş görməmişik. Kim nəyisə edibsə, cavab verəcək, heç nə etməyibsə, cəzalandırılmayacaq”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir