Sionist rejim ordusu Quneytərəyə artilleriya zərbələri ilə hücum edib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim ordusu Suriya ordusunun Quneytərə vilayətinin şimalında yerləşən Hədər qəsəbəsi yaxınlığındakı qərargahını artilleriya hücumu ilə hədəfə alıb.
Aprelin 24-də səhər saatlarında sionist rejim ordusu Suriya ordusunun Hədər qəsəbəsinin qərbində yerləşən Qurs ən-Nəfl adlanan qərargahlarından birinə hücum edib və nəticədə maddi ziyanlar baş verib.
Suriya və sionist rejim rəsmiləri indiyə qədər bu barədə heç bir açıqlama verməyiblər, lakin çox güman ki, yaxın saatlarda sionist ordusu İranın dəstəklədiyi qüvvələr və ya Hizbullah əməliyyatçılarının mövcudluğu bəhanəsi ilə hücumu həyata keçirdiyini iddia edəcək.
Qeyd edək ki, aprelin 9-da sionist rejim qırıcıları Suriyadan işğal olunmuş Qolan təpələrinə raket hücumuna cavab olaraq bu ölkənin cənubundakı hədəflərə bir neçə sayda raket zərbələri endirmişdir. Bu hücum maddi ziyana səbəb olmuşdur.
Daha çox oxuyun: İsrail aviasiyası Suriyanın cənubuna hücum edib
Rəy