Təhlükəsizlik riskləri artmaqdadır; Diplomatlar və xarici vətəndaşlar sürətlə Sudanı tərk edirlər

Bazar ertəsi 24 Aprel 2023 - 10:13
https://az.iswnews.com/?p=21075

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Artan təhlükəsizlik riskləri və bu ölkənin paytaxtı olan Xartumdakı icra olunmayan atəşkəs Sudandakı müxtəlif xarici ölkələrin öz diplomatlarını və vətəndaşlarını bu ölkədən çıxarması barədə düşünməyə vadar edib.

Vaşinqton Sudanda davam edən silahlı münaqişənin fonunda və artan təhlükəsizlik riskləri səbəbindən Xartumdakı səfirliyindən bütün işçilərini və onların ailələrini çıxarıb.

Fransa Xarici İşlər Nazirliyinin məlumatına görə, Paris həmçinin öz vətəndaşlarını və diplomatik əməkdaşlarını, həmçinin Avropa və digər müttəfiq ölkələrin vətəndaşlarını Sudandan təxliyə edib.

Eyni zamanda, bir çox Avropa, Ərəb və Şərqi Asiya ölkələri minlərlə vətəndaşını təxliyə etməyə hazırlaşır və Ciddə limanı da Səudiyyə Hərbi Dəniz Qüvvələrinin gəmisi ilə ölkələrinə daşınan Səudiyyə vətəndaşlarının ilk qrupuna ev sahibliyi edib.

Səudiyyə Ərəbistanının paytaxtı olan Riyad bəyanat yayımlayaraq, Küveyt, Qətər, BƏƏ, Misir, Tunis, Pakistan, Hindistan, Bolqarıstan, Banqladeş, Filippin, Kanada və Burkina Faso vətəndaşları ilə birlikdə 91 vətəndaşının Səudiyyə Ərəbistanına gəldiyini açıqlayıb.

Bundan əvvəl Sudan ordusu və Çevik Reaksiya qüvvələri ayrı-ayrı bəyanatlarda Sudan xalqının Fitr bayramını qeyd edə bilməsi üçün üç günlük atəşkəsə razılaşdıqlarını bildirsələr də, bu atəşkəs davam etmədi. Bayramın ilk günündən (cümə 21 aprel), davam edən münaqişələr vasitəsi ilə icra olunmadı.

Fitr bayramı bəzi İslam və ərəb ölkələrində cümə günü, bəzi başqa ölkələrdə isə şənbə günü qeyd edildi.

Sudanda ordu ilə Çevik Reaksiya qüvvələri arasında atəşkəs yoxdur. Paytaxtın bəzi məhəllələrində və prezident aparatının ətrafına Çevik Reaksiya qüvvələri kimi tanınan milislər yerləşiblər, Xartum hava limanı ətrafında da qarşıdurmalar davam edir. Həmçinin, Xartum hava limanında yanğın baş vermişdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Sudanda ötən şənbə günü başlayan münaqişə nəticəsində 413 nəfər ölüb, 3551 nəfər yaralanıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir