Bakıda NATO heyəti ilə məsləhətçi görüşü keçirilib + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə özünüqiymətləndirmə təliminin məsləhətçi görüşü keçirilib.
Görüş 22 aprel tarixində baş tutub. Təlimin birinci günündə NATO heyətinə inzibati məlumatlandırma və bölmənin fəaliyyəti barədə brifinqlər çatdırılıb.
Sonra təlimin strukturu, ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı kurs iştirakçılarına məlumatlar verilib. Həmçinin NATO-nun mobil təlim qrupu tərəfindən “Vertolyotların əməliyyatlarda istifadəsi” mövzusunda təlim kursu və qiymətləndiricilərin fəaliyyətinə dair mövzular izah olunub.
Daha sonra sindikatlar üzrə müxtəlif hazırlıq fəaliyyətləri icra edilib.
Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində keçirilən tədbir müddətində HHQ-nin aidiyyəti bölmələrində fəaliyyətlərin NATO standartlarına uyğun təşkil olunması, müdafiə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim edilib.
Qeyd edək, hakimiyyət Zəngəzur dəhlizinin açılışı üçün atdığı addımlar adı altında NATO qüvvələrini Qarabağ bölgəsinə gətirmək niyyətindədir. İkinci Qarabağ müharibəsindən sonra bu məsələ daha da aydın oldu. Qarabağ bölgəsində baş verən proseslərin bu istiqamətdə olduğu görsənir. Ermənistan və Azərbaycan hakimiyyətləri vahid bir bədənin iki əli kimidirlər. Vahid bədən bir əli ilə Azərbaycan hakimiyyətini və digər əli ilə Ermənistan hakimiyyətini idarə edir. Ermənistan hakimiyyəti ABŞ və Fransa qoşunlarının, Azərbaycan isə Türkiyə və İngiltərə qoşunlarının Qarabaş bölgəsinə gəlməsinin tərəfdarıdılar. Məsələyə ətraflı baxanda bunların bütövlüklə NATO qüvvələri ollması rahat başa düşülür.
Rəy