Siz susduqca zalımın zülmü daha da artacaq
Yap hakimiyyətinin sionist İsrail rejimi ilə əlaqələr qurması, Azərbaycan xalqı üçün ağır nəticələrə səbəb oldu. Qumarbaz bu işin İran tərəfindən ciddi etirazla qarşılanacağını çox gözəl bilirdi. Buna baxmayaraq, İslam dünyasının etirazları müqabilində, İsraildə səfirlik açılmasına qərar verildi. Əsas hadisələr isə, bundan sonra cərəyan etməyə başladı.
Belə ki, Qumarbaz yaranan vəziyyətdən namərdcəsinə çıxış yolu tapdı. Səfirlik məsələsində İranın diqqətini yayındırmaq və etirazlardan yan keçməkdən ötrü, Qumarbaz Azərbaycan xalqına, xüsusilə şiə dindarlara qarşı şiddətli repressiyaya start verdi. Bir neçə gün ərzində yüzlərlə Azərbaycan ruhanisi və şiə fəallar, narkotik və vətənə xəyanət ittihamı ilə şərlənərək həbs edildi. Bütün günü dəmir yumruğunu reklam edən dırnaqarası müzəffər, İrana qarşı təyziq yolunu, öz xalqını həbs etməkdə gördü.
Görəsən bu məsələdə Azərbaycan xalqının günahı nə idi? Əgər Qumarbaz həqiqətən də dediyi kimi güclüdürsə, niyə xarici dövlətlərlə olan ədavətin əvəzini xalqdan çıxırdı? Çünki, Qumarbazın bu zavallı xalqdan başqa heç kəsə gücü çatmır. Dəmir yumruq isə, yalnız xaqlın başına vurmaq üçün işə yarayır. Qumarbaz Əliyevin məsəli, küçədə qapazaltı olduğu halda, evdə yoldaşını nahaqdan döyən kişi obrazına bənzəyir.
Repressiya dalğası zamanı xalqın hiddətlənəcəyini başa düşən tağut rejim, bu dəfə də hiyləgərliyə əl atdı. Belə ki, narkotik və ya vətənə xəyanət ittihamı ilə şərlənən şəxslərin ailələrinə, mediada həbs məsələsini işıqlandırmayacaqları təqdirdə, yaxınlarının azad ediləcəyi və ya ittihamlarının yüngül olacağı barədə saxta vədlər verdi.
Əslində Qumarbaz rejimi bu yolla repressiya dalğasının ölkədaxili və xarici medialarda işıqlanmasının qarşısını alaraq, işlərini rahat görmək üçün şərait yaradırdı. Çox təəssüf ki, həbs olunan ruhani və ya ictimai fəal şiələrin bəzilərinin ailə üzvləri, zalımın saxta vədlərinə ümid edərək, yaxınlarının həbs olunması barədə xəbərlərin mediada işıqlandırılmasına etiraz etdilər.
Məsələnin izahına gəlincə, repressiyaya məruz qalan şəxslər, heç bir şəxsi məsələ və ya ailə münaqişəsi zəmmində həbs edilməmişdilər. Ruhani və şiə fəallar həqiqətən cinayət törətmiş olsaydı və ya şəxsi məsələyə görə həbs olunsaydı, o zaman ailə üzvlərinin məsələni işıqlandırmamaq barədə xahişlərini başa düşmək olardı. Amma, onlar Allaha görə həbs olunublar və müqavimətin vəzifəsi, bu zülmü mediada işıqlandırmaqdır.
Şəxsi məsələ heç vaxt İlahi vəzifədən önə keçə bilməz və bu məsələdə heç kəsin xahişi, müqavimət cəbhəsinin vəzifəsini dəyişmir. Cəmiyyətdə bir ruhani zalım tərəfindən şərlənib həbs olunursa, bu bütün müsəlman camiəsinin məsələsidir və hər bir müsəlmanın vəzifəsidir ki, bu zülmü mümkün qədər başqalarına çatdırsın.
Zalım YAP rejiminin amansız repressiyasına tuş gələnlərdən bəziləri isə, bu zülmü mümkün qədər xalqa çatdırmaq üçün ciddi işlər gördülər və görülən işlər öz bəhrəsini göstərdi. Belə ki, Maştağa sakini Tərlanın ailəsinin gözü qarşısında amansızca həbs olunması, mediada durmadan işıqlandırıldı. Tərlanın qeyrətli həyat yoldaşının şücaətli hərəkəti və həbs prosesini videoya çəkərək mediaya sızdırması, YAP rejimini çıxılmaz vəziyyətdə qoydu.
Əgər həbs xəbərinin mediada işıqlandırılması YAP rejimi üçün qorxulu məsələ deyilsə, niyə polis idarəsində Tərlandan videonun mediadan silinməsini tələb ediblər? Hadisə mediada işıqlandırıldığına görə, YAP rejimi məcbur qalaraq Tərlanı, özünün də dediyi kimi, bəlkə də müvəqqəti azadlığa buraxdı.
Həbsi gizlədilən şəxslərin ailə üzvləri isə, hələ də zalımın sözünə inanaraq, yaxınlarının azad ediləcəyi ümidilə yaşayırlar. Çox təəssüf olsun ki, bəziləri zalımın yalnız güc dilindən başa düşdüyünü hələ də dərk etməyib.
Zalımın zülmünə məruz qalmış şəxslərin başına gələnləri işıqlandırmaq, azad medianın İlahi vəzifəsidir. Heçnə və heç kəs İlahi vəzifəni yerinə yetirməyin qarşısını almamalıdır.
Rəy