Azərbaycan Respublikasında “Güney Azərbaycan Kordinasiya Mərkəzi” fəaliyətə başlayıb
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi AzadBaki.com saytına istinadən xəbər verir ki, İran İslam Respublikası əleyhinə olan separatçılar Azərbaycan Respublikasında “Güney Azərbaycan Kordinasiya Mərkəzi”nin fəaliyətə başlamasından xəbər veriblər.
22 aprel 2023 tarixində baş tutan tədbirdə Zahir Əlisoy “Güney Azərbaycan Kordinasiya Mərkəzinin” fəaliyətə başlamasını elan edib.
Tədbirdə Eldar Qaradağlı, Mahmud Bilgin, Həsən Əsgəri, Əmir Mərdani, Ruhulla Muradi kimi separatçı şəxslər yer alıb.
Tədbir zamanı İran İslam Respublikasının ərazisini özünüləşdirməyə dair iddialı çıxışlar edilib. Tənqid, təhqir və böhtan xarakterli sözlər deyilib.
Qeyd edək ki, Azərbyacan Respublikası xarici dövlətlərin daxili işinə qarışmamaq və BMT nizamnamələrini pozmamaq hüquqi öhdəliklərin üzərinə götürdüyü təqdirdə bu kimi işlərlə öz imicinə zərər vurur və gələcəkdə öz suverenliyini sual altına aparır.
Rəy