İran ordusunun 200-dən çox yeni dron ilə təchiz edilməsi + VİDEO və FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, 200-dən çox strateji dronun təhvil verilmə mərasimi İran İslam Respublikası Ordusunun Ali Baş Komandanı, İran İslam Respublikası Müdafiə Naziri və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəis müavininin iştirakı ilə İranın bir sıra bölgələrində baş tutub.
200-dən çox uzaqmənzilli strateji dronun İranın bir sıra bölgələrində və İran İslam Respublikası Ordusunun Ali Baş Komandanı Əmir general-mayor Seyid Əbdül Rəhim Musəvi, Müdafiə və Silahlı Qüvvələrə Dəstək Naziri Əmir Məhəmməd Rza Qarai Aştiani, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Əmir Nəsirzadə, ordunun dörd qoşununun komandirləri və bir sıra digər milli və hərbi vəzifəli şəxslərin iştirakı ilə təhvil verilməsi mərasimi həyata keçirilib.
Bu mərasimdə Əbabil 4 və 5, Arəş 2, Jet Kərrar, 10 Şəhrivər, Əxqər, Svitçbleyd, Homa kimi hər cür strateji dron və müxtəlif kəşfiyyat, məhvetmə, döyüş kəşfiyyatı, anti-döyüş missiyalarına malik dənizdə və şaquli uçan, sinsi, havadan tutma, hərəkətli və sabit hədəflərlə mübarizə də aşağı radar kəsiyi xüsusiyyəti ilə dronlar İran Ordusunun döyüş təşkilatına əlavə edildi.
Bu dronlar Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi tərəfindən ordu ilə əməkdaşlıq əsasında layihələndirilib istehsal edilib. Hərəkət sistemində və istiqamətləndirmə, idarəetmə və naviqasiya sistemlərində edilən dəyişikliklərlə hava-hava, hava-yer tipli sistemlərlə təchiz edilib. Bu dronlar yerüstü raketlər, uzaqmənzilli bombalar, ağıllı və elektron döyüş sistemləri ilə cəmləşdirilib. Həmçinin gizli qala bilərək və uzaq mənzildə olan xüsusi tapşırıqları yerinə yetirməyə hazırdırlar.
İran İslam Respublikası Ordusunda dronların və onlara təyin edilmiş texnikanın gücünün inkişafı və təkmilləşdirilməsi ilə bağlı strateji sazişi ordunun baş komandanı Əmir general-mayor Seyid Əbdül Rəhim Musəvi və Keçmiş Müdafiə və Silahlı Qüvvələrə Dəstək Naziri Əmir Briqada Generalı Əmir Hatəmi 17 may 2021-ci il tarixində imzalayıblar. Bu razılaşmaya əsasən, ordunun dronları donanmasının uzaq hədəflərə qarşı döyüş qabiliyyətini və dağıdıcı gücünü artırmaq məqsədilə Müdafiə Nazirliyi tərəfindən min ədəd dron istehsal edilərək orduya təhvil veriləcək.
Rəy