Narahatlıqlardan məqsəd ermənilərdir yoxsa sülhməramlı qüvvələr?

Cümə axşamı 20 Aprel 2023 - 01:18
https://az.iswnews.com/?p=20922

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Qarabağ bölgəsinin mühasirəyə alınması mürəkkəb məsələdir və Rusiya sülhməramlı qüvvələri Ermənistan və Azərbaycan tərəfindən səmərəsizlikdə ittiham olunur və bu dəfə NATO-nun keçmiş baş katibi rusların getməsinin zərurətindən danışıb.

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen “Fiqaro” qəzetinə müsahibəsində deyib: “Yaxın aylarda Ermənistan və Azərbaycan arasında açıq müharibə riski realdır və lazımi səviyyədə qiymətləndirilmir”.

O, Laçın dəhlizi böhranının davam etməsinə toxunaraq deyir: “Dağlıq Qarabağı Ermənistanla yalnız bir yol birləşdirir və bu yol dekabrın 12-dən bağlıdır. İnsanlar Ermənistanda qalıb, evlərinə qayıda bilmirlər. Bu vəziyyət humanitar fəlakətə səbəb ola bilər. Son məqsəd Dağlıq Qarabağda etnik təmizləmə ola bilər”.

Azərbaycan prezidentinin Qarabağ bölgəsi kommunikasiya yolunun yenidən açılması üçün beynəlxalq səylərə məhəl qoymamaq siyasətini tənqid edən Rasmussen qeyd edir: “Mən Azərbaycan prezidenti İlham Əliyevə mesaj göndərdim və blokadanın dayandırılmasını tələb etdim. O, mənə cavab vermədi və ümumiyyətlə, beynəlxalq ictimaiyyətin müxtəlif bəyanatlarına heç vaxt reaksiya vermir. Beynəlxalq Məhkəmə də Azərbaycana blokadaya son qoymağı tapşırıb, lakin blokada davam edir”.

NATO-nun keçmiş baş katibi Avropanın İlham Əliyevə təzyiq rıçaqlarını açıqlayaraq bildirir: “Mən Emmanuel Makronun bu istiqamətdə səylərini yüksək qiymətləndirirəm və ümid edirəm ki, Avropa İttifaqının əsas ölkələri prezident Əliyevə təzyiq göstərmək üçün Fransaya qoşulacaqlar. Avropa Komissiyası və Azərbaycan enerji sazişlərinə əməl edirlər. Aydındır ki, bizə Rusiya qazına alternativ lazımdır. Amma bu müqavilənin özü Azərbaycan prezidentinə təzyiq göstərmək üçün yaxşı əsas ola bilər.
İlham Əliyev avtokratik ola bilər, amma mən qəti şəkildə inanıram ki, o, rusiyalı həmkarı kimi beynəlxalq təcriddə olmağın ona sərfəli olmadığını bilir. Uzunmüddətli perspektivdə Aİ Dağlıq Qarabağdakı humanitar vəziyyətlə bağlı sənədləşdirilmiş faktları təqdim etmək üçün real faktaraşdırıcı missiya göndərməlidir”.

Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin olunmasına gəlincə, Rasmussen qeyd edib: “Beynəlxalq təminatların yerinə yetirilməsinə nəzarət etmək üçün beynəlxalq mexanizm tətbiq etmək lazımdır, lakin bu, təhlükələr barədə xəbərdarlıq edə bilən beynəlxalq sülhməramlı missiya olmadan mümkün deyil. Bu regionda etnik təmizləmə təhlükəsi ciddidir və mən hesab edirəm ki, BMT-dən Dağlıq Qarabağa beynəlxalq silahlı sülhməramlı qrupun göndərilməsi zəruridir”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir