Telefonla əldə olunan atəşkəs rejimi Sudanda münaqişəyə son qoymadı
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Sudanda münaqişədə olan qüvvələr ABŞ-ın vasitəçiliyi ilə 24 saatlıq atəşkəsin uzadılmasına razılaşıb.
Sudandakı münaqişə tərəfləri dünən (18 aprel) ABŞ dövlət katibi Entoni Blinkenin 24 saatlıq atəşkəs rejiminin yaradılması təklifi ilə razılaşdıqlarını açıqlayıblar. Bu təklifə əsasən, atəşkəs çərşənbə axşamı yerli vaxtla saat 18:00-da həyata keçirilib və çərşənbə günü daha 24 saat uzadılıb.
Bu bəyanatda tərəflərin atəşkəs rejiminə tam əməl etdiyi vurğulanıb, lakin bu razılaşmanın həyata keçirilməsinə baxmayaraq, Mərvi aviabazasında, Xartum şəhərində Prezident sarayında, bu şəhərin beynəlxalq hava limanı və bir sıra digər yerlərində toqquşmaların olduğu bildirilir.
Sudan ordusu dünən Mərvi bazasını ələ keçirdiyini iddia etsə də, Çevik Reaksiya qüvvələri bu xəbəri təkzib edib. Bu qüvvələr həmçinin bəyanat verərək, 15 aprel şənbə günü Sudan ordusu qüvvələri ilə qarşıdurma zamanı Mərvi bazasında olan Misir əsgərlərini Sudanın paytaxtı Xartuma köçürdüklərini açıqlayıblar. Bəyanatda deyilir: “Misir ailələrini və hökumətini əmin edirik ki, Mərvi hərbi bazasında olan bütün əsgərlər yaxşıdır və lazımi müalicə alırlar və ölkənin şərtlərinə uyğun olaraq və lazım gəldikdə təhvil veriləcəklər”.
Sudanda son qarşıdurmalar yüksək rütbəli hərbçilər və Sudan Çevik Reaksiya qüvvələri arasında hakimiyyət uğrunda mübarizə zamanı baş verib. Bu toqquşmalar Xartum, Əl-Faşir, Mərvi və Sudanın digər şəhərlərində və hərbi bazalarında baş verib və üç minə yaxın insanın ölümü və yaralanması ilə nəticələnib.
Rəy