İsrail xarici işlər nazirinin Bakıya səfəri + VİDEO və FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin xarici işlər naziri Bakıya rəsmi səfəri zamanı Azərbaycanın bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşüb və onlarla söhbət edib.
Bu rejimin xarici işlər naziri Eli Kohenin başçılığı ilə yüksək rütbəli sionist nümayəndə heyəti iqtisadi və təhlükəsizlik, eləcə də enerji və innovasiya sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə aprelin 18-də Azərbaycan Respublikasına səfər edib.
Xarici işlər naziri Azərbaycan rəsmiləri ilə ilk görüşündə iqtisadiyyat naziri ilə görüşüb və müzakirələr aparıb və Təl-Əviv və Bakının ticarət və turizmin hazırkı səviyyəsini iki dəfə artırmağı düşündüyü bildirilir.
Bakıya səfərini davam etdirən Eli Kohen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb. Bu görüşdən sonra Kohen bəyan etdi ki, Prezident İlham Əliyevlə çox gözəl görüşüm oldu. Biz terrorizmlə mübarizə, iki ölkə arasında təhlükəsizlik və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik.
O əlavə etdi: “Mən prezidenti İsraildə səfirlik açmaq qərarına görə təbrik etdim. İlk şiə müsəlman ölkəsinin səfirliyi idi. Bu, İsrail hökumətinin dünyada yüksək ehtiramının göstəricisidir”.
İsrailin xarici işlər nazirinin Bakıda olması ilə eyni vaxtda sionist rejim Xarici İşlər Nazirliyinin Avrasiya və Qərbi Balkanlar şöbəsinin rəhbəri Simona Halperin Azərbaycan mətbuatına müsahibəsində bildirib ki, İsrail şirkətləri Qarabağın yenidən qurulması prosesində iştirak edir. Onun elanına əsasən, sionist şirkətlər Qarabağ bölgəsinin yenidən qurulmasında enerjidən tutmuş, su idarəçiliyi və kənd təsərrüfatı kimi digər əlaqəli sektorlara qədər ixtisaslaşmış sahələrdə fəallıq göstərirlər.
Qeyd edək ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani 31 mart 2023-cü ildə İsrailin xarici işlər naziri Eli Kohenin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İrana qarşı vahid cəbhənin yaradılması ilə əlaqədar razılaşmasını İsrail rejiminin Azərbaycan Respublikası ərazisini təhlükəyə çevirmək kimi mənfur niyyətlərinin növbəti sənədi kimi qiymətləndirmişdir. Bu planın İran İslam Respublikasının milli təhlükəsizliyinə ziyan vurmasını kəskin şəkildə qınamışdır. Bununla bağlı Azərbaycan rəsmilərindən izahat tələb etmişdir.
Daha çox oxuyun: İki ölkənin Xarici İşlər Nazirlikləri arasındakı mübahisə nədən yarandı? + FOTO
Xatırladaq ki, martın 29-da Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov işğal olunmuş Fələstinə ilk rəsmi səfəri zamanı Azərbaycanın Təl-Əvivdəki səfirliyini açmış və israilli həmkarı Eli Kohen ilə görüşüb söhbət etmişdir.
Daha çox oxuyun: Azərbaycan xarici işlər nazirinin işğal olunmuş Fələstinə səfərinin təfərrüatı + FOTO
İsrail KİV-i mayda isə prezident İshaq Hersoqun Azərbaycana səfərə gələcəyi barədə yazıb.
İsrailin Xİ Naziri Eli Kohen görüşlərin birində deyib: “Azərbaycanın coğrafi baxımdan İranla sərhəddə yerləşməsi, Azərbaycanla İsrail arasındakı əlaqələrin ciddiliyini artırır və bu münasibətlər üçün böyük potensial yaradır”.
Rəy