Amerika koalisiyası Suriyanın şimalında İŞİD-ə qarşı əməliyyat keçirib + FOTO və VİDEO

Çərşənbə axşamı 18 Aprel 2023 - 17:07
https://az.iswnews.com/?p=20881

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ hərbçilərinin Suriyanın Hələb vilayətində keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının yüksək rütbəli komandirlərindən biri öldürülüb.

Aprelin 17-də səhər saatlarında Amerika koalisiya qüvvələri Hələb əyalətinin Əl-Ğandura şəhəri yaxınlığındakı Cənubi Suveyda kəndində əməliyyata başlayıb və bu əməliyyat zamanı İŞİD terror qruplaşmasının komandirlərindən biri digər iki terrorçu ilə birlikdə məhv edilib.

Əməliyyatdan bir neçə saat sonra Amerika terrorçularının Qərbi Asiyadakı qərargahı (Centcom) bəyanat yayıb və elan edib: “Aprelin 17-də səhər saatlarında Amerika Mərkəzi Komandanlığının qüvvələri Suriyanın şimalında əməliyyat keçirib, nəticədə, Əbd Əl-Hadi Mahmud Əl-Hac Əli öldürülüb. İŞİD terror qruplaşmasının yüksək rütbəli komandirləri və Qərbi Asiya və Avropada terror aktlarının planlaşdırılmasına cavabdeh olan İŞİD-in digər iki üzvü ilə birlikdə öldürülüb. Bu əməliyyatda mülki şəxslərə, Amerika qüvvələrinə və hava qüvvələrinə heç bir zərər dəyməyib”.

Centcom-un bəyanatı

Xatırladaq ki, aprelin 3-də Amerika koalisiyasının pilotsuz təyyarələri, hücum zamanı, İdlibin şimalında yerləşən Kəffəteyn kəndindəki fermanı hədəfə almışdır. Avropada terror aktları planlaşdıran İŞİD terror qruplaşmasının yüksək rütbəli komandirlərindən olan Xalid Aid Əhməd Əl-Cəbburi öldürülmüşdür”.

Amerika helikopterlərinin Cənubi Suveyda kəndi üzərində uçuşu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir