Hərbi Məlumat: Leopard 2 Tankı

Bazar 16 Aprel 2023 - 18:52
https://az.iswnews.com/?p=20814

Leopard 2 tankı dünyanın ən yaxşı əsas döyüş tanklarından biri hesab olunur. “Əsas Döyüş Tankı” bir çox müasir ordularda birbaşa atəş və zirehli manevr üçün cavabdeh olan bir tanka deyilir. Bu tank İkinci Dünya Müharibəsindən sonra əsas Alman döyüş tankının üçüncü nəslidir. Bu tankın istehsalına 1977-ci ildə Krauss-Maffei şirkəti tərəfindən başlanıb və 1979-cu ildə Almaniya Federal Silahlı Qüvvələrinin istifadəsinə verilib.

“Leopard” sözünün hərfi mənası “bəbir” deməkdir və Almaniya istehsalı olan əvvəlki tankların adına görə (Tiger və Panther) bu tanka çox uyğun ad hesab olunur.

Əsas Alman döyüş tankının birinci nəsli Amerika istehsalı olan M48 Patton tankı, ikinci nəsil isə digər NATO istifadəçiləri üçün modifikasiyalarla hələ də xidmətdə olan Leopard-1 tankı idi. Leopard 1 tankı 1960-cı illərdə Qərbi Almaniyada dizayn edilmiş və istehsal edilmişdir. Bu tank ilk dəfə 1963-cü ildə Krauss-Maffei şirkəti tərəfindən Qərbi Almaniyanın Müdafiə Nazirliyi üçün istehsal edilib. Onun 6000-dən çoxu NATO-ya üzv 9 ölkə, o cümlədən Almaniya, Hollandiya, Belçika, Yunanıstan, Türkiyə, İtaliya, Kanada, Norveç, eləcə də Avstraliyaya verilib.

Leopard-1 tankını inkişaf etdirmək və təkmilləşdirmək üçün Almaniya 1963-cü ildə Amerika Birləşmiş Ştatlarının əməkdaşlığı ilə MBT-70 layihəsini hazırlamağa başladı. Lakin 1967-ci ildə Almaniya hökuməti Porsche şirkətinə Leopard-1 tankını təkmilləşdirmək üçün lazım olan qurğuları araşdırmağı əmr etdi. Maraqlıdır ki, “Leopard-1” tankı 1965-1995-ci illərdə Almaniyanın xidmətində olub və MBT-70 layihəsinə ehtiyac “Leopard-1” tankı xidmətə başlamazdan əvvəl elan edilib. Leopard-1 Porsche şirkəti tərəfindən dizayn edilmiş və Krauss-Maffei şirkəti tərəfindən hazırlanmışdır. Porsche şirkətinin bu yeni layihəyə Vergoldeter Leopard və ya Gilded Leopard adını verdiyini və qabaqcıl texnologiyalarla yeniləməyə fokuslandığını biləndə bu məsələ daha maraqlı olur. Avtomatik yükləyicinin, pulemyotla bir cərgədə olan və avtomatik topun, komandir üçün müstəqil periskopun olması, kabinənin içərisindən zenit pulemyotundan istifadə etmək imkanı, hündürlüyü artırıla bilən dirəkdə televiziya müşahidə kamerasının olması, qüllənin formasının dəyişdirilməsi və onun istehsalında tökmədən istifadənin mümkünlüyü, asma sisteminin, sürət qutusunun və mühərrikin buraxılış klapanlarının təkmilləşdirilməsi yeni layihə bəndləri kimi nəzərdən keçirilmişdir.

İnkişaf və istehsal:

1967-ci ildə Qərbi Almaniya hökuməti “Gilded Leopard” layihəsinin prototipini, eləcə də “Leopard-1” tankı əsasında eksperimental inkişaf etdirməyi qərara aldı. Lakin kifayət qədər vəsait olmadığı üçün eyni vaxtda iki layihə hazırlamaq mümkün olmadı. Nəhayət Krauss-Maffei ilə sınaq işlənməsi müqaviləsi bağlandı, eyni zamanda bu şirkət şassinin hazırlanmasında Porsche şirkəri ilə, qülləni inkişaf etdirilməsi üzrə isə Wegmann ilə həmkarlıq etməyi öhdəsinə götürdü. Bu baxımdan, MBT-70-in atəş gücü tələblərinə uyğun olaraq Leopard 1 tankını təkmilləşdirmək məqsədi ilə müxtəlif komponentləri olan iki prototip hazırlanmışdır. Bu optimallaşdırmaların məqsədi 2000 metrdən çox məsafədə ilk atışı vurma ehtimalını artırmaq idi. Həmçinin, kompüterləşdirilmiş atəşə nəzarət sistemindən istifadə etməklə hərəkət edən hədəflərlə dəqiq nişan alma qabiliyyətinin artırılması eksperimental inkişafın digər əsas məqsədi idi. İnşa edilən tanklara Keiler ləqəbi verildi. Keilerdən iki prototip (ET01 və ET02) nümunə 1969 və 1970-ci illərdə hazırlanmışdır, hər ikisi MB872 mühərriki ilə təchiz edilmişdir.

1971-ci ildə bir çox eniş və yoxuşlardan sonra MBT-70 layihəsinin adı Leopard-2 olaraq dəyişdirildi. Həmin il 17 prototip sifariş edildi, lakin PT12 gövdəsinin istehsalı ləğv edildiyi üçün yalnız 16 gövdə tikildi. Qüllələr T1-dən T17-yə qədər, gövdə isə PT1-dən PT17-yə qədər adlandırıldı. Bu prototiplər tankın inkişafı üçün tələb olunan və müxtəlif komponentlərdən və konsepsiyalardan çoxsaylı sınaqları yerinə yetirmək üçün hazırlanmışdır və hər bir nümunədə digər nümunələrdə tapılmayan komponentlər var idi. Bu qüllələrdən 10-u 105 mm-lik toplarla, yeddi prototipi isə 120 mm-lik topla təchiz edilmişdir. Qaynaqlanmış qüllə iki polad lövhədən ibarət aralıqlı zirehdən istifadə edirdi. Prototiplər daha sonra Leopard 1A4-də istifadə edilən EMES-12 optik məsafəölçən və atışa nəzarət sistemi ilə təchiz edilmişdir. T14 qülləsi yeni zireh əleyhinə modulların quraşdırılması üçün dəyişdirilmiş və tam elektrik qüllə sürücüsü və sabitləşdirmə sistemi ilə təchiz edilmişdir. Qüllə General Electric və AEG Telefunken tərəfindən birgə hazırlanmışdır.

PT15 nümunəsində 105 mm topun olması

1973-cü ilin iyulunda Almaniya və ABŞ müdafiə nazirlikləri arasında NATO üçün əlverişli olan əsas döyüş tanklarının (MBT) standartlaşdırılması haqqında saziş imzalandı. MBT-70 dizaynı üzrə əvvəlki birgə əməkdaşlıq sayəsində Abrams tank prototipində Leopard-2 üçün tamamilə alman şirkətləri tərəfindən hazırlanmış hissələrin istifadə edilməsi qərara alındı ​​ki, bu da XM1 Abrams dizaynının qiymətini aşağı salmasına səbəb oldu.
Amerika qanunlarına görə, alman şirkəti tərəfindən XM1 Abrams tankının istehsalına müdaxilə etmək mümkün deyildi. Nəticədə ABŞ ordusunun tələblərinə cavab verən Leopard-2 prototiplərinin modifikasiyası nəzərdən keçirildi. 1974-cü il dekabrın 11-də Almaniya və ABŞ arasında anlaşma memorandumu imzalandı və ABŞ-dan Leopard-2-nin dəyişdirilmiş versiyasını XM1 prototiplərinə qarşı sınaqdan keçirməyi tələb etdi. Həmçinin, bu memorandum Qərbi Almaniya Federal Respublikasını ABŞ-ın ehtiyaclarına uyğun nümunəni ekspertiza üçün göndərməyə məcbur edirdi.

Leopard 2 tankının daha sərt versiyası olan Leopard 2AV həm ABŞ tələblərinə, həm də Almaniya Müdafiə Nazirliyinin ən son müdafiə tələblərinə cavab vermək üçün hazırlandı. T14 qülləsi Leopard 2AV-nin əsas qülləsi kimi istifadə edildi, lakin gövdə üçün lazımi qorunma səviyyəsinə nail olmaq 1976-cı ilin iyununda yekun ballistik sınaqlar keçirilənə qədər əlavə tədqiqatlar tələb edirdi. Birləşmiş Ştatlar Amerika istehsalı olan lazer diapazonundan istifadə etməyə üstünlük verdi; Bu məqsədlə qüllədə Amerikanın Hughes şirkətinin lazer diapazonundan istifadə edildi. Bu qüllə PT19 prototipində quraşdırılmışdır.
Leopard 2 prototipləri ilə müqayisədə, AV prototipi EMES-12 optik diapazonu ilə birlikdə atışa nəzarət sisteminə malik idi. Bu nümunədə çarpaz külək sensoru çıxarıldı və hava təzyiqi və temperatur sensorları əlavə edildi. İnfraqırmızı işıqlandırıcı ilə PERI R12 komandirinin nişangahının, qısa mənzilli piyada əleyhinə qumbaraatan, geri çəkilə bilən projektor, sabit projektor, geri çəkilə bilən gecə görüntü kamerası, APU və mexaniki yükləmə köməkçisi kimi modifikasiyalar AV prototipinə edilən əlavələr arasında idi.

Leopard 2AV-ın dizaynı və istehsalı üçün gözləniləndən çox vaxt sərf edildiyi üçün onu Amerikaya göndərmək və Amerikada Leopard 2AV tankında sınaqlar keçirmək 1 sentyabr 1976-cı il tarixinə qədər mümkün olmadı. Almanların Leopard 2AV və XM1 prototiplərini eyni vaxtda qiymətləndirmək cəhdlərinə baxmayaraq, ABŞ Ordusu Leopard 2AV-ını gözləməmək qərarına gəldi və Chrysler və General Motors tərəfindən hazırlanan XM1 prototiplərini sınaqdan keçirdi.

Almanlar ABŞ-a gövdənin iki prototipini və üç qülləni göndərdilər: Hughes atəşə nəzarət sistemi ilə 105 mm L7 topu olan PT20 və eyni Hughes atəşə nəzarət sisteminə malik, lakin 120 mm Rheinmetall topu ilə ikinci PT19 göndərildi. Üçüncü prototip Krupp Atlas Elektronik EMES-13 atəşə nəzarət sistemi və 120 mm-lik Rheinmetall topu ilə təchiz edilmiş PT21 adlanırdı. Amerikanın FMC şirkəti tərəfindən aparılan araşdırma göstərdi ki, Leopard 2AV-ının ABŞ-da lisenziya əsasında istehsalı ABŞ ordusunun təyin etdiyi xərc limitlərini keçməyəcək. Beləliklə, Leopard 2AV dizaynı ABŞ tələblərinə tam cavab verdi. Lakin Leopard 2AV istehsal etmək üçün lisenziya aldıqdan sonra FMC şirkəti texniki təklif təqdim etməmək qərarına gəldi, çünki onlar ABŞ-da hazırlanmamış bir hərbi-nəqliyyat təchizatının qəbulu şansının az olduğunu gördülər. Bu səbəbdən iki tank arasında ümumi xüsusiyyətlər və komponentlər diqqət mərkəzində oldu.

ABŞ hərbi qiymətləndirməsi, XM1-in Leopard 2AV-dan daha çox xüsusi zirehlərə malik olduğunu müəyyən etdi. Testlərdə məlum olub ki, Leopard 2AV XM1 prototipləri ilə eyni performansa malikdir, lakin AGT-1500 turbin mühərriki təxminən 50% daha çox yanacaq sərf edir. Leopard 2AV tankındakı təkər zəncirləri yaxşı dayanıqlılığa malik idi, XM1 prototiplərində istifadə edilən təkər zəncirləri isə Ordunun tələblərinə cavab verə bilmədi. Leopard 2AV-da istifadə edilən MTU dizel mühərrikinin istilik əks etdirmə qabiliyyəti XM1 Abrams-da istifadə edilən AGT-1500 turbin mühərrikindən xeyli aşağı idi. Leopard-2-də atəşə nəzarət sistemi daha yaxşı çıxış etdi və 120 mm-lik top öz üstünlüyünü yaxşı göstərdi. XM1 tankının istehsal xərcləri 1976-cı ildə 728.000 dollar, eyni ildə isə Leopard 2AV üçün 56.000 dollar olaraq qiymətləndirilmişdir.

Amerika tərəfindən Leopard 2AV tankından imtinanın səbəbləri ilə bağlı ziddiyyətli açıqlamalar verildi; Atış üçün daha aşağı yükləmə sürəti və daha az tank çəkisi, eləcə də XM1 Abrams tankının daha yaxşı stabilizasiya sistemi. Bu qərar o zaman bir çox alman eksperti tərəfindən tənqid edildi.

Qərbi Almaniya Federal Hökumətinin Müdafiə Nazirliyi 1977-ci ilin sentyabrında 1800 Leopard-2 tankının beş partiyada istehsal edilməsini əmr etdi. Əsas podratçı Krauss-Maffei Wegmann (KMW) idi, lakin Maschinenbau Kiel (MaK) ilə də tankların 45%-ni istehsal etmək üçün müqavilə bağlanmışdı. Birinci partiya 1979-cu il üçün altı tank, 1980-ci il üçün 114 tank, 1981-ci il üçün 180 tank və ondan sonra hər il 300 tankın çatdırılması ilə 380 tankdan ibarət idi. Bu tank 1979-cu ildən xidmətə daxil oldu və Almaniya 1991-ci ilə qədər 2000-dən çox Leopard 2 tankı əldə etdi. Soyuq Müharibə dövründə KMW şirkəti ayda 16 ədəd, MaK şirkəti isə bu tankdan ayda 9 ədəd istehsal edə bilirdi. Lakin soyuq müharibə başa çatdıqdan sonra bu istehsal azaldı, lakin KMW şirkəti istehsal gücünü qoruyub saxlaya bildi.

Leopard 2 tanklarının növləri:

Leopard 2 tankı: Leopard 2-nin əsas və erkən versiyası, onu sonrakı versiyalardan fərqləndirmək üçün bəzən qeyri-rəsmi olaraq “A0” adlandırılır. Bu versiya Leopard tank seriyasında istehsal olunan ilk versiya idi. 1979-cu ilin oktyabrından 1982-ci ilin martına qədər bu versiyanın cəmi 380 tankı istehsal edildi.

Leopard 2A1 tankı: Bu versiyada topçu üçün termal nişangah və Leopard-2 tankında yeni sursat anbarlarının quraşdırılması ilə yanaşı bir sıra kiçik dəyişikliklər edildi. Bu tip Leopard-2 tankı Hollandiya və Kanadada istifadə olunub.

Leopard 2A2 tankı: Bu versiyada yeni termal görməə kamerası istifadə olunub. Həmçinin periskopu qorumaq üçün ekran və NBC mühafizə sistemini (nüvə (N), bioloji (B) və kimyəvi (C) təhlükə və təhlükələrdən müdafiə sistemi) qorumaq üçün böyük örtük ekranı istifadə olunub.

Leopard 2A3 tankı: Bu tankdakı əsas dəyişiklik SEM80/90 rəqəmsal radio dəstlərinin əlavə edilməsi idi. A3 modelinin sələfləri ilə müqayisədə daha bir xüsusiyyəti, qüllənin sol tərəfindəki sursat yükləmə lyukunun çıxarılaraq qaynaq edilməsi idi. Sursat doldurma klapanının qüllədən çıxarılmasına səbəb döyüş meydanında yüksək gərginlik şəraitində qüllədəki sursatın buraxılma ehtimalı olub.

Ekipaj üzvünün Leopard 2AV tankının köhnə döyüş sursatı lyukuna zireh əleyhinə mərmilərin yükləməsi

Leopard 2A4 tankı: Bu nümunə 120 mm çaplı L44 hamar topla və yüksək performanslı stabilizatorla təchiz edilib ki, bu da ona əvvəlki nəsildən daha yaxşı döyüş qabiliyyəti qazandırıb. Üstəlik, 1985-ci ildə istifadəyə verildiyi vaxtdan bəri onun üzərində bir neçə təkmilləşdirmə və təmir işləri aparılmışdır. Təkmil yanğınsöndürmə sistemi ilə yanaşı rəqəmsal ballistik kompüterin əlavə edilməsi, həmçinin ön qüllənin və top mühafizəsinin optimallaşdırılması, yeni elektron qüllə və yeni avtomat silahlanma mexanizmi, infraqırmızı kamera və termal görüntüləmə cihazı ilə təchiz edilmiş komandir periskopu, müasir naviqasiya sistemi və tankın arxasındakı mühiti görmə üçün geri kamera, o vaxtdan bəri edilən təkmilləşdirmələrdən sadəcə bir neçəsidir. Ümumiyyətlə, Leopard-2 tankının bütün modellərində müxtəlif növ zireh əleyhinə sursatları dəf etmək üçün bir neçə qat poladdan, xüsusi elastik və qeyri-metal materiallardan ibarət zirehlər var ki, bu modeldə zirehin daha yaxşı olması üçün dəyişikliklər edilib. Beləliklə, Leopard-2 tankının A4 modelində zirehin maksimum fiziki qalınlığı 800 mm-dir.

Leopard 2A4 tankı Leopard 2 tankları arasında ən çox istehsal edilən tank idi. 1985-1992-ci illər arasında Almaniya və Hollandiya üçün 2570 Leopard 2A4 tankı istehsal edildi. Soyuq Müharibə bitdikdən sonra bir çox A4-lər Kanada, Danimarka, Finlandiya, Yunanıstan da daxil olmaqla digər NATO ölkələrinə satıldı. Norveç, Polşa, Portuqaliya, İspaniya, İsveç və Türkiyə də bu tankdan yeni tank kimi istifadə ediblər.

A4-ün ən son modeli Leopard-2A4M-dir. Bu modeldə ekipajın minalardan qorunması üçün gövdənin aşağı hissəsində güclü təkmilləşdirmə işləri aparılmışdır. 2A4M modeli PUA-lara qarşı əlavə qorunma təmin etmək üçün əlavə kompozit zireh dəsti ilə təchiz edilmişdir. Termal görüntüləyici və aşağı işıq gücləndiricisinin kombinasiyası ilə uyğunlaşan asma sistemləri, ön və arxa görmə üçün sürücünün gecə görmə sistemi də 2A4M modelinin digər optimallaşdırmaları sırasındadır. Həmçinin, əməliyyat imkanlarını artırmaq üçün A4M mühəndis interfeysi və minalarla mübarizə üçün buldozer bıçağı, şum və ya diyircək taxmaq üçün əlavə qurğularla təchiz edilmişdir.

Rusiya ilə Ukrayna arasında gedən müharibə zamanı Ukraynaya dəstək verən ölkələrin göndərdiyi ən mühüm variant Leopard 2A4 tankı olub. Bu arada, Çexiya istisna idi, çünki o, Ukraynaya T-72 MBT tanklarını göndərmişdir və əvəzində Leopard-2 almışdır. 5 iyun 2022-ci ildə İspaniya Ukraynaya 40 Leopard-2 A4 tankının təhvil verildiyini elan etdi. 26 yanvar 2023-cü ildə Kanada hərbi inventardan dörd Leopard 2A4 tankını Ukraynaya təhvil verdiyini açıqladı. 3 fevral 2023-cü ildə İspaniya Ukraynaya 6 ədəd Leopard-2 A4 tankı tədarük etmək planını açıqladı. Polşanın hədiyyə etdiyi ilk dörd Leopard 2A4 tankı 24 fevral 2023-cü ildə Ukraynaya verildi. 2023-cü il martın 4-də Almaniyanın “Der Spiegel” xəbər jurnalının dərc etdiyi məlumata istinadən Almaniyanın Rheinmetall şirkətinin Ukraynaya 50 Leopard 2A4 tankı tədarük etməyə hazır olduğu bildirilib. Həmçinin, 2023-cü il martın 7-də Polşa Ukraynaya daha 10 Leopard 2A4 tankının təhvil verildiyini elan etmişdir.

Leopard 2A4 KMW tankının şəkli

Leopard 2A4 tankının texniki xüsusiyyətləri:
Uzunluğu: 9,67 metr (top və gövdə eyni istiqamətdədirsə)
Eni: 3,7 metr
Hündürlüyü: 2,79 metr (yerdən qüllənin ən yüksək nöqtəsinə qədər)
Çəkisi: 52 ton (silahlı vəziyyətdə 55 ton)
Mühərrikin gücü: 1500 at gücü (1100 kVt-a bərabər)
Maksimum sürəti: Yolda 70 km/saat və yoldan kənarda 30 km/saatdan çox
Əməliyyat diapazonu: 450 km
Silahları: 120 mm hamar top / L44 / 7,62 mm pulemyot

Leopard 2A5 tankı: Leopard 2 tankının bu versiyasının hazırlanması 1995-ci ildə başladı və istehsalı 2002-ci ilə qədər davam etdi. A5 modelində qüllənin ön hissəsində və yanların ön hissəsində yüksək yamaclı zirehlər yerləşdirilib və bu maili modullar vasitəsilə tank zirehinin qalınlığı 1200 mm-ə çatdırılıb. Əsas zireh kompozisiyasında da təkmilləşdirmələr aparılıb ki, bu da onu 1500 metr məsafədən atılan 125 mm-lik APFSDS mərmilərinə davamlı edir. Tankın daxili hissəsində boşluqlar var. Bu laynerlər mərmilərin vurduğu zərəri və zirehin içəri daxil olması halında zireh hissələrinin parçalanmasını aradan qaldırmaq üçün istifadə olunur. Tankın təkərləri və zəncirləri qoruyan yan ətəklərinin ön üçdə biri yeni, daha möhkəm tiplə əvəz edilib.

A5 modelində istifadə olunan modullar
Yamacda quraşdırılmış əlavə zirehli Leopard 2A5 tankının hissələri

Daha əvvəl qeyd olunan zireh dəyişiklikləri ilə yanaşı, komanda və idarəetmə hissəsində də dəyişikliklər edilib. Bu tank A4 modelinə oxşar eyni topdan, yəni 120 mm-lik L44 topundan istifadə edir. Biri topun sol tərəfində onunla koaksial, digəri isə qüllədə yerləşən iki 7,62 mm-lik pulemyotdan bəhrələnir və tank qülləsindən kənardakı pulemyot operator tələb odir. Qüllənin hər tərəfində 76 mm-lik dörd tüstü qumbarasından ibarət iki qrup quraşdırılıb. Leopard 2A5 qülləsi əvvəlki Leopard 2A4-ün hidravlik sistemini əvəz edən tam elektron silah idarəetmə avadanlığı ilə təchiz edilmişdir.
Tankın bu modeli Almaniya, İsveç, İspaniya və digər 16 ölkə tərəfindən istifadə edilmişdir. Bu nümunənin Ukraynaya çatdırılma ehtimalı da var.

Leopard 2A5 tankında quraşdırılmış emes 15 termal görüntüləmə sisteminin şəkli

Leopard 2A6 tankı: A6 versiyasında A5-də istifadə edilən L44 modelindən bir metr uzun olan 120 mm-lik L55 Rheinmetall düzbucaqlı silah var və bu, A6 modelini A5-dən ayırmağı asanlaşdırır. Bu müasir top daha uzun və daha böyük çaplı güllələrin istifadəsi sayəsində daha çox gücə malikdir. Yeni döyüş sursatı ilə L55 daha uzun məsafələrdə daha böyük nüfuz gücü qazanır. Təkmilləşdirilmiş DM53 kinetik enerjili döyüş sursatı ilə L55 silahı 5000 metr məsafəyə qədər atəş aça bilir.
DM53 döyüş sursatı əriyən qabığa malik olan yeni sursat növüdür, bu, pomzadakı partlayıcı maddələrin həcmini artırır və bu da ağız sürətini yaxşılaşdırır. DM53 sursatları həm L44, həm də L55 topları üçün hazırlanmışdır.

20 saniyə ərzində 5 dm53 güllə atmasından belə aydın olur ki, güllələrdə pemza yoxdur və güllənin yalnız kiçik bir hissəsi qalır.

Qüllənin hər iki tərəfində dörd tüstü qumbarası olan iki qrup quraşdırılıb. Topçu stabilləşdirilmiş EMES-15 ikiqat böyüdücü nişangahına malikdir və 9900 metr məsafəyə malik lazer diapazonu və atəşə nəzarət kompüterinə qoşulmuş termal görüntüləmə qurğusu (WBG) var. Atəşə nəzarət kompüteri ardıcıl olaraq əsas silahlar üçün baxış bucağını və yan bucağı hesablayır. Bu versiyanın istehsalı 2001-ci ildə başlamış və 2005-ci ilə qədər davam etmişdir.

Ümumilikdə, Leopard 2A6 tankı aldığı dəyişikliklərlə təxminən 61,7 ton çəkiyə çatdı. Bu tank 1500 at gücünə malik MTU MB 873 dizel mühərriki və daha böyük çəkisi sayəsində öz tapşırıqlarını yerinə yetirə bilməsi üçün Renk HSWL 354 dişli və əyləc sistemi ilə təchiz edilmişdi. A6 maksimum yol sürəti 70 km/saat və maksimum 450 km məsafə getmək imkanı var.

Leopard 2A6 tankı Alman ordusunun xidmətindədir

Leopard-2 də A6M modelinə malikdir. A6M versiyasında ekipajın minalara qarşı daha çox qorunması üçün şassinin altında dişli lövhələrdən istifadə olunur ki, bu da ekipajı döyüş meydanında daha yaxşı sağ qalmağa imkan verir.
Həmçinin, Leopard 2A6EX modeli ixrac bazarı üçün özəl investisiya ilə hazırlanmışdır. Leopard 2A6 EX tankı A6 baza modeli üzərində köməkçi güc bloku, kondisioner və təkmilləşdirilmiş zireh qorunmasına malikdir.

Periskop sistemi olan PERI R17 bütün növ Leopard-2 tanklarında təyin edilmişdir

Leopard 2A7 tankı: Tankın bu versiyası A7 və A7+ kimi tanınır. A7 tankı şəhər müharibəsi üçün optimallaşdırılmamışdı və KMW tərəfindən hazırlanmış variantlardan əsaslı şəkildə fərqlənir. Buna görə də, A7+ adlı başqa bir nümunə KMW (Kraus-Maffei Wegmann) tərəfindən hazırlanmışdır və bu tanka daha yaxşı şəhər döyüş qabiliyyəti əlavə edilmişdir.
Leopard 2A7+ tankı 2014-cü ildən xidmətdədir və ilk dəfə 2010-cu ildə Almaniya Müdafiə Nazirliyi tərəfindən Eurosatory sərgisində ictimaiyyətə nümayiş etdirilmişdir.

2010-cu ildə Eurosatory sərgisində Leopard 2A7+ tankı

Leopard-2 tankının bu versiyasının təkmilləşdirilməsinə 2012-ci ildə başlanılıb. Tankın bu versiyasının şəhər müharibəsi, eləcə də müxtəlif aşağı intensivlikli və yüksək intensivlikli münaqişələrdə əməliyyatlar üçün nəzərdə tutulduğunu nəzərə alaraq, buna nail olmaq üçün A7+ hərəkətliliyin artırılması, sabitliyin yaxşılaşdırılması, döyüş qabiliyyətinin artırılması sahəsində təkmilləşdirilmişdir. Həmçinin, bərpa imkanları və müxtəlif silahların daha dəqiq yerləşdirilməsi modul mühafizə dəstinin əlavə edilməsi ilə birlikdə həll edilmişdir.
Terror qruplarının asimmetrik təhdidləri, əldəqayırma partlayıcı qurğular, mürəkkəb və təhlükəli şəhər mühitləri Krauss-Maffei Wegmann-ı Leopard 2A7+-a zirehli qüvvələr üçün uyğun həll təklif etdi ki, onlar öz missiyalarını daha effektiv və təhlükəsiz şəkildə yerinə yetirə bilsinlər.
2A7+ versiyasında edilən optimallaşdırmalar Leopard-2-nin bütün versiyaları üçün təkmilləşdirmə dəsti kimi mövcuddur və bütün komponentlərin tam dəstini ehtiva edir.
Leopard 2A7+ tankı, A6 versiyası kimi, L44 topunu əvəz edən Rheinmetall GmbH Ratingen tərəfindən hazırlanmış 120 mm-lik L55 topu ilə təchiz edilmişdir. Barelin uzunluğunu 44 kalibrdən 55 kalibrə (139 sm) artırmaq lülədəki enerjinin daha çox mərmi sürətinə çevrilməsinə səbəb olur. Yeni proqramlaşdırıla bilən 120 mm-lik HE silah qabiliyyəti ekipajın qapağın arxasında və binaların içərisində hədəfləri vurmağa imkan verir.
A7+ versiyası həmçinin ekipajı xarici təhlükələrdən qoruyan KMW FLW 200 uzaqdan idarə olunan silah stansiyası ilə təchiz olunub. Qüllənin hər tərəfində altı tüstü qumbaraatanı quraşdırılıb.

Leopard 2A7+ tank qülləsindəki KMW FLW 200 uzaqdan idarə olunan silah stansiyasına quraşdırılmış 7,62 mm pulemyot

Leopard 2A7 + tankı aşağıda qısaca təqdim edəcəyimiz iki versiyaya bölünür:
Leopard 2A7+ Duel Operations: KMW tərəfindən hazırlanmış və Hollandiya Leopard 2A6 əsasında hazırlanmış bu model müasir döyüş meydanında zireh əleyhinə əməliyyatlar üçün optimallaşdırılmışdır.
Leopard 2A7+ Urban Ops: Leopard 2A6 təkmilləşdirilməsi şəhər döyüş əməliyyatları üçün yeni zireh və xüsusi avadanlıqla təchiz edilib. Əslində bu nümunə təkmilləşdirilmiş versiya hesab olunur.

Leopard tankının müxtəlif nəsilləri arasındakı fərq və onun döyüş meydanında necə işləməsi

Bütün növ “Leopard-2” tanklarında bədənin hər yerində müxtəlif qalınlığa malik orijinal zirehlərdən istifadə olunub. Tankın yan və arxa hissəsi ağır pulemyotlara, orta çaplı güllələrə və köhnə tipli tank əleyhinə sursatlara davamlıdır. Tank heyətini xilas etmək üçün qəlpələrdən və RPG kimi yüngül zirehli anti zirehlərdən və yol kənarındakı bombalardan qorunmaq üçün korpusun yan tərəfi də yeni növlərdə zirehlə örtülüb. Korpusun hər iki tərəfində çən zəncirlərini örtmək üçün poladla möhkəmləndirilmiş rezin lövhələrdən istifadə olunub. Mina mühafizəsini artırmaq üçün ön və arxa hissədə 45 dərəcə yamac istifadə olunur və döşəmə büzmələrlə (corrugations) möhkəmləndirilib.

Leopard 2 tankının zirehinin, xüsusən də A5 nümunəsinin düzülüşündən tutmuş zireh əleyhinə güllənin nüfuz etmə tərzinə qədər yoxlanılması

“Leopard-2” tankları 42 güllə daşıya bilir, 15 atışa hazır güllə qüllədə, qalanları isə kuzovun qarşısında və sürücünün yanında saxlanılır. Bu sursat anbarı NBC mühafizə sistemi və avtomatik yanğınsöndürmə sistemləri ilə təchiz olunub.

Bu tank iki növ APFSDS-T zireh əleyhinə güllələrdən və HEAT-MP-T çoxməqsədli güllələrdən istifadə edir. APFSDS-T gülləsi 2000 metr məsafədə 450 mm yuvarlanmış bircinsli zirehdən keçmək qabiliyyətinə malikdir. Tətbiq edildiyi gündən bir neçə nəsil APFSDS-T mərhələləri Alman ordusu tərəfindən hazırlanmış və istifadə edilmişdir. Almanlar iddia edirlər ki, “Leopard-2” tank gülləsi 2000 metr məsafədə Rusiya T-72 tankının ön zirehini, 4000 metrdən çox məsafədə isə T-62 tankının ön zirehinə nüfuz edə bilir.

“Leopard-2” tankının bütün modellərində komandir, atıcı, güllə yerləşdirən və sürücü daxil olmaqla dörd ekipaj üzvü, 120 millimetrlik topdan əlavə iki 7,62 millimetrlik pulemyot da var. Biri topçu tərəfindən idarə olunur və topla hərəkət edir, digəri isə qüllədə quraşdırılır və ilkin prototiplərdə ekipajdan biri tərəfindən atəşə tutulur, A7+-da isə içəridən uzaqdan idarəetmə ilə idarə olunur.

A4 və sonrakı modellərdə istifadə edilən mühərrik 1479 at gücü təmin edən MTU MB 873 Ka-501 12 silindrli iki turbo mühərrikli dizel mühərrikidir. 1600-1700 rpm-də 4700 nyuton metr fırlanma anı təmin etmək tanka çox yaxşı performans verir.

Çox yaxşı asma sisteminin və top stabilizatorunun mövcudluğu bu tank üçün dəqiq atış və xüsusi hərəkət şəraiti imkanını təmin etmişdir. “Leopard-2” 1160 litr yanacaq tutumlu çənlərə malikdir və yolda 450 km, kobud relyefdə isə 300 km məsafə qət edə bilir.

Panther KF51 adlı Leopard-2 tankının gələcəkdəki inkişafı:

Panther KF51 tankı Rheinmetall tərəfindən Leopard 2A4 şassisi əsasında hazırlanır və hələ ki, kütləvi istehsala çatmayıb. Bu tank 130 mm-lik avtomatik topla təchiz edilmiş yeni qüllədən istifadə edir ki, bu da bu tanka daha çox atəş gücü verir.

130 mm Rheinmetall topu

Bu tankın hazırlanmasına 2016-cı ildə başlanılıb və ilk nümunəsi 2018-ci ildə istehsal edilib sınaqdan keçirilib. Onun tam inkişafının 2026-cı ilə qədər davam edəcəyi gözlənilir, lakin artıq prototip istehsal imkanları mövcuddur. Bu tankın xüsusiyyətlərindən biri də HERO 120 kamikadze pilotsuz uçan aparatı ilə koordinasiyadır. Passiv qorunma əvəzinə aktiv mühafizədən istifadə etmək, hədəfin avtomatik tanınması və müəyyənləşdirilməsini təmin etmək üçün yanğına nəzarət sistemində süni intellektdən istifadə etmək, daha güclü mühərrikdən istifadə etmək, daha az çəkiyə malik gövdədən istifadə etmək və meydanlarda daha uzun müddət qalmaq üçün ətraf mühitə uyğunlaşma qabiliyyətini artırmaq naminə bu nümunənin digər xüsusiyyətləridir. Həmçinin istehsal və sınaq mərhələsinə çatmayan Panther KF51-in pilotsuz versiyasını yaratmaq mümkündür.

Panther KF51 tankının hazırkı nümunəsi hazırda Leopard-2 tankının əvvəlki nümunələrində istifadə edilən eyni MTU MB 873 Ka-501 mühərrikindən istifadə edir. Pantherin çəkisinin 59 tona qədər azalması səbəbindən onun gediş məsafəsi 500 km-ə qədər artıb.
KF51 Panther üç qoruma qatına malikdir: passiv, reaktiv və aktiv. Ən daxili təbəqə passiv zireh modulları ilə örtülmüş qaynaqlanmış polad zirehdən ibarətdir. İkinci təbəqə sensor əsaslı reaktiv zirehdən, son təbəqə isə Rainmetal-ın Aktiv Müdafiə Sistemi (ADS) və Aktiv Müdafiə Sistemindən (APS) ibarətdir. Rheinmetall iddia edir ki, bu qoruyucu təbəqələr kinetik enerjili (KE) mərmilərdən və tank əleyhinə idarə olunan raketlərdən (ATGM) qorunmağa qadirdir.
Panther KF51 tankı qüllənin hər tərəfində mərkəzi kamera korpusunun arxasında ikiqat cərgədə quraşdırılmış səkkiz tüstü qumbaraatanları ilə təchiz edilmişdir. Təhdidi zərərsizləşdirmək üçün müvafiq əks tədbirlərin görülməsi üçün tankda zirehli raketlərin və tank əleyhinə raketlərin tanka doğru atılması barədə ekipajı məlumatlandıra bilən sensorlardan istifadə etmək mümkündür.
Həmçinin, bu tank yuxarıdan gələn hər cür təhlükəyə qarşı lazımi müqavimətə sahib olmaq üçün Rheinmetall-ın Yüksək Hücumdan Müdafiə Sistemi (TAPS) ilə təchiz oluna bilər.

Panther KF51 tankının təqdimat videosu

Leopard 2 ixrac və xarici müqavilələri:

2011-ci ildə Səudiyyə Ərəbistanının Almaniyadan 270 Leopard 2A7+ tankı almaq niyyətində olduğu açıqlandı, lakin bu, Almaniya tərəfindən təsdiqlənmədi.
Məlumatlara görə, 2013-cü ildə Qətər 62 Leopard 2A7+ tankı, 24 ədəd 155 mm-lik PzH-2000 özüyeriyən haubitsa (SPH) və bir neçə yüngül zirehli maşın sifariş edib. Bu silahların ilk partiyası 2015-ci ildə, ikinci partiyası isə 2016-cı ildə Almaniyanın KMW şirkəti tərəfindən Qətərə çatdırılıb.
2018-ci il dekabrın 19-da Macarıstan hərbi modernləşdirmə prosesi çərçivəsində Almaniyanın Krauss-Maffei Wegmann (KMW) müdafiə şirkəti ilə 44 Leopard 2 A7+ əsas döyüş tankı almaq üçün müqavilə imzalayıb. KMW 2018-ci ilin dekabrında Macarıstan Müdafiə Qüvvələrinə 2021-2025-ci illər arasında çatdırılması planlaşdırılan 44 Leopard 2A7+ tankının təhvil verilməsi üçün sifariş alıb. Reuters xəbər agentliyinin 2022-ci ilin mayında dərc etdiyi məlumata görə, Çexiya Almaniya ilə bu tankdan 50 ədəd almaq üçün danışıqlar aparır.

Leopard-2 tankının texniki xüsusiyyətləri:
Ekipajı: 4 nəfər
Tankın uzunluğu: 9,67 metr (2A4 və 2A5 modellərində) – 10,97 metr (2A6 və 2A7+ modellərində)
Tankın eni: 3,7 metr (2A4 modelində) – 3,76 metr (2A5 və 2A6 modelində) – 4 metr (2A7+ modelində)
Ümumi hündürlük: 2,79 metr (2A4 modelində) – 3,03 metr (2A5 və 2A6 modelində) – 2,64 metr (2A7+ modelində)
Tank döşəməsinin yerə qədər hündürlüyü: 0,54 metr
Hazırlanmadan suya daxil olmaq/hərəkət etmək üçün icazə verilən maksimum hündürlük: 1,2 metr
Şnorkel ilə suya girmək/hərəkət etmək üçün icazə verilən maksimum hündürlük: 4 metr
Mühərrik: MTU MB 873 Ka-501 iki turbomühərrikli 12 silindrli, 1500 at gücünə malik dizel
Yanacaq tutumu: 1160 litr
Sürət: 72 km/saat – əks sürət 31 km/saat
Mənzili: 450 km (uyğun yolda və sürətdə maksimum məsafə)
Boş çəki: 52 ton (2A4 modelində) – 57,3 ton (2A5 modelində) – 57,6 ton (2A6 modelində)
Döyüş çəkisi: 55,15 ton (2A4 modelində) – 59,5 ton (2A5 modelində) – 61,7 ton (2A6 modelində) – 67,5 ton (2A7+ modelində)
360 dərəcə fırlanma sürəti: 10 saniyədə
Silahlar:
– Rh-120 L/44 120 mm top və 7,62 mm pulemyot (2A4 və 2A5 modellərində)
– Rh-120 L/55 120 mm top və 7,62 mm pulemyot (2A6 modelində)
– Rh-120 L/55 120 mm və ya Rh-120 L/44 120 mm top, 40 mm avtomatik qumbaraatan və 7,62 mm pulemyot və ya 0,50 MQ pulemyotlu FLW 200 sistemi (2A7+-da)

Orijinal ölçüdə baxmaq üçün klikləyin

Leopard 2 tankının daha çox şəkilləri:

İngilis, rus, ərəb, kürd və fars dillərində “Leopard 2 Tankı” posterlər toplusu:

Mənbələr:
Leopard 1
Leopard 2
Panther KF51
Leopard 2A4 MBT
LEOPARD 2A7+ MBT KMW
KMW LEOPARD 2
Leopard 2 ammunition storage plan
ammunition hatch in the Leopard 2A3
Germany approves Leopard 1 battle tank exports to Ukraine
Leopard 2 tanks: what are they and why does Ukraine want them?
Leopard 2 Main battle tank
Leopard 2A4M CAN Main battle tank
KMW DELIVERS BATCH OF NEW LEOPARD 2A7+ MBTS TO QATAR
Leopard 2A4 “FIN”
Leopard 2PL Programme Showcased
Leopard 2A4 missing telescopic gun sight & EMS-15 magnification
Leopard 2A6EX
Leopard 2 A7+ Main Battle Tank
Main battle tank

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir