Ağır atletikadan Azərbaycan və Ermənistan sərhədinə qədər davam edən böhran + VİDEO və XƏRİTƏ

Şənbə 15 Aprel 2023 - 23:39
https://az.iswnews.com/?p=20799

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycan və Ermənistan yüksək münaqişə potensialına malikdir və iki ölkə arasında gərginlik artıb. Bu dəfə İrəvanda ağır atletika üzrə Avropa yarışında Azərbaycan bayrağı yandırılıb. Həmçinin Kəlbəcər sərhəd bölgəsində atışma olub.

Bayrağımızın yandırılması

Cümə günü, aprelin 14-də axşam saatlarında Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi keçirilib və televiziyanın səhnə rəhbəri Aram Nikolyan səhnədə Azərbaycan bayrağını yandırıb. Mərasimin Təhlükəsizlik qüvvələri səhnə rəhbərini həbs edib.
Mərasimdə iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan Nikolyanın işdən çıxarılmasına göstəriş verib. Baxmayaraq ki, Nikolyan bir qrup erməni tərəfindən bu işinə görə alqışlanıb.

Komandanın geri qaytarılması və mühakimə

Ölkəmiz yarışa 12 idmançı ilə qatılıb və ölkə rəsmiləri idmançılarından İrəvandan Bakıya qayıtmağı tələb edib. Burada maraqlı məqam odur ki, ölkəmizin ağır atletika komandası mərasimin açılışında iştirak etməyib, buna səbəb təhlükəsizlik məsələləri olub.

Xarici İşlər Nazirliyi İrəvanda Azərbaycan bayrağının yandırılmasını qınayıb və Baş Prokurorluq bununla bağlı beynəlxalq şikayət verilməsinə göstəriş verib.
Bir qrup həmvətənimiz paytaxtda toplaşaraq bayrağımızı qaldırıb ermənilər əleyhinə şüarlar səsləndiriblər.

Türkiyənin üstüörtülü dəstəyi

Bu turnirdə iştirak edən türkiyəli ağır atlet Kanso Bektaş medalını ölkəmizin komandasına təqdim edib.

Sərhəddə gərginlik

İrəvanda gərginlik yaşandığı bir vaxtda Ermənistanla sərhədlərimizdə yenidən ara qarışıb. Qüvvələrimiz Kəlbəcərdəki mövqelərdən yarısı Ermənistanın Keğarkunik vilayətində yerləşən Zod (Sötek) qızıl yatağı yaxınlığındakı Ermənistan silahlı qüvvələrinə doğru atəş açıb. Bu qızıl yatağı sərhəd xəttində yerləşir.
Gold Geo Mining şirkətinin nümayəndəsi Rosanna Qriqoryan bildirib ki, aprelin 14-də axşam saat 19:00-dan 23:00-a kimi və aprelin 15-də səhər saatlarında Azərbaycan silahlı qüvvələri qızıl yatağına doğru atəş açıb. Hazırda yatağın fəaliyyəti dayandırılıb və işçilər təxliyə edilib. İki ölkə Müdafiə Nazirlikləri bununla bağlı hələlik açıqlama verməyiblər.

Bu hadisələr elə bir vəziyyətdə baş verir ki, əsgərlərimizin Ermənistan ərazisində saxlanılması böhranı hələ də səngiməyib. Göründüyü kimi, digər gərgin hadisələri gözləmək lazımdır. İctimai rəyin iki ölkə arasında növbəti müharibəyə hazırlaşdığını söyləmək olar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir