Ukrayna qüvvələri Rusiyaya qarşı hansı tank əleyhinə raketlərdən istifadə edir?
Fevralın 24-də Rusiyanın Ukraynada hərbi əməliyyatı başlamazdan əvvəl, həmçinin son bir neçə gündə ABŞ və Avropa ölkələri, o cümlədən Almaniya, Hollandiya və Litva Ukraynaya tank və zirehli texnika əleyhinə raket kompleksləri göndərib. Bu raketlər Rusiya ordusunun zirehli kolonnalarının Ukraynada irəliləməsinin qarşısının alınmasında mühüm rol oynayıb və indiyədək Rusiya zirehli maşınları və texnikalarına ciddi ziyan vurub.
Avropa ölkələrinin Ukrayna ordusuna hədiyyə etdiyi ən mühüm tank əleyhinə silahlar NLAW raketi, FGM-148 Javelin raketi, SMAW-D raketi və Stinger raketidir ki, onların təfərrüatları belədir:
1- NLAW raketi:
Onun nüfuzu məlum deyil, lakin məsafəsi 20 ilə 600 metr arasındadır və hədəfləri 800 metrdə aşkar etmək qabiliyyətindədir. Raketin fəaliyyəti hədəfin üstündə partlamaq və onun qəlpələrinin hədəfə ziyan vurmasıdır. Qapalı məkanda atəş açmaq qabiliyyəti bu raketi partizan döyüşü üçün əlverişli edir. Bu raket İsveç və Britaniyanın birgə məhsuludur.
Avropa xəbər mənbələrinin məlumatına görə, Britaniya Ukraynaya 2000 ədəd bu tipli raket göndərib.
2- Javelin FGM-148 raketi:
Bir növ idarə olunan raket, tank və piyada əleyhinə daşıyıcı raketdir. Bu raket Amerika istehsalıdır. O, 75-2500 metr arası mənzillidir və 4000 metr məsafədə hədəfi aşkar edə bilir. Bu raketin nüfuz gücü 600 ilə 800 metr arasındadır. Bu raket həm də qapalı yerlərdən atəş açmaq qabiliyyətinə malikdir.
ABŞ və Litva Ukraynaya 2000 ədəd bu tipli raket göndərib.
3- SMAW-D raketi:
Birdəfə istifadə olunan silah və yüngül anti-istehkam və anti-zireh raketidir. Bu raket ABŞ istehsalıdır və 15-1000 metr mənzilə malikdir.
ABŞ Ukrayna ordusuna 100 ədəd bu tipli raket verib.
4- Stinger raketi:
Bu raket yerdən havaya müdafiə raketi ABŞ istehsalı olan çiyindən atılan, portativ süni infraqırmızı (istilik detektoru) yönləndirmə sistemlidir. Onun mənzili 180-3800 metr arası və maksimum mənzili 4800 metrdir.
Almaniya bu raketlərdən 500-ü, Hollandiya isə 200-ü Ukraynaya göndərib.
Daha çox oxuyun:
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Altıncı Günü, 1 Mart 2022
Ukraynanın şimalında, şərqində və cənubunda gedən döyüşlərdən ən son xəbərlər, 28 Fevral 2022-ci il + Xəritə
Ukraynanın şimalında, şərqində və cənubunda gedən döyüşlərdən ən son xəbərlər, 27 Fevral 2022-ci il + Xəritə
Rəy