Tehran: “İranın Azərbaycana hələ səfir təyin etmək niyyəti yoxdur”.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran İslam Respublikasının Azərbaycan Respublikasında hələlik səfir təyin etmək niyyətində olmadığını qeyd edib.
Nasir Kənani bu gün 10 aprel tarixində etdiyi çıxışda bildirdiyinə görə, adətən İran Xarici İşlər Nazirliyi hər 3 ildən bir səfirləri dəyişir. Ona görə də, İranın Azərbaycana hələ səfir təyin etmək niyyəti yoxdur.
Qeyd edək ki, hazırkı səfir Abbas Musəvi 2020-ci ilin iyulunda mətbuat katibi vəzifəsi ilə vidalaşaraq ilk səfirlik işinə başlayıb və elə həmin il sentyabrın 7-də Bakıda etimadnaməsini İlham Əliyevə təqdim edib.
Görünür, yeni səfir Məcid Dəmirçilu seçimi artıq edilib, sadəcə diplomatı dəyişmək məqamı deyil. Çünki səfirliyin bağlanması ehtimalı yüksəkdir, ya da etimadnamənin qəbulu uzun müddətə ləngidiləcək.
Tehran daim vurğuladığı kimi, strateji səbr nümayiş etdirir. Yəni səbr kasası hələ daşmayıb.
Daha çox oxuyun: İran İR Cənubi Qafqazda diplomatik dəyişikliklər etdi
Rəy