Suriyada baş verən son hadisələr, 10 Aprel 2023
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Hələbin qərbində yerləşən Kəfərəmə cəbhəsində Suriya Ordusu ilə terrorçular arasında baş vermiş qarşıdurma nəticəsində azı 15 terrorçu həlak olub.
1- Hələb:
– Aprelin 8-də Mənbic ətrafında Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus avtomobilin yoluna qoyulmuş partlayıcı qurğunun partlaması nəticəsində SDQ qüvvələrindən biri ölüb, üç nəfər yaralanıb.
– Aprelin 8-də Hələbin qərbində yerləşən Kəfərəmə cəbhəsində Suriya Ordusu ilə terrorçular arasında baş vermiş qarşıdurma nəticəsində azı 15 terrorçu həlak olub.
– Aprelin 9-da İdlibin şərqində yerləşən Sermin bölgəsindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
2- İdlib:
– Aprelin 4-də İdlibin cənubunda yerləşən Əl-Futaira bölgəsindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Aprelin 3-də Amerika koalisiyasının dronları İdlibin şimalında yerləşən Kəffəteyn kəndindəki fermaya hücum edib və bu zaman İŞİD terror qruplaşmasının yüksək rütbəli komandirlərindən biri öldürülüb. Yerli mənbələrin məlumatına görə, bu hücum AGM-114 Hellfire raketindən istifadə edilməklə həyata keçirilib.
3- Dəraa:
– Aprelin 9-da Sanmin şəhərində naməlum silahlı şəxslərin atışması nəticəsində Suriya ordusunun hərbçilərindən biri yaralanıb.
– Aprelin 3-də Əbuyasin Əl-Səədi adlı media fəalı Mozirib şəhərində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.
– Martın 30-da Dəraa vilayətinin şimal-qərbində Suriya ordusuna məxsus avtomobilin yolunda baş vermiş partlayış nəticəsində 3 Suriya əsgəri şəhid olub.
4- Deyr əz-Zor:
– Aprelin 8-də Səbixan rayonunda minanın partlaması nəticəsində Suriya ordusunun iki üzvü şəhid olub, bir neçə nəfər yaralanıb.
– Naməlum silahlı ünsürlərin Suriya Demokratik Qüvvələrinin (SDQ) Əl-Şəhil qəsəbəsi yaxınlığındakı nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində SDQ qüvvələrindən biri yaralanıb.
5- Raqqa:
Aprelin 6-da Suriya ordusunun qüvvələrindən biri Təbqə hava limanının kənarında yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində həlak olub.
6- Həsəkə:
Martın 28-də Amerika koalisiyasına aid təyyarələrin Həsəkə şəhəri üzərində uçuşu müşahidə edilib.
7- Martın 31-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələri sionist rejimin Dəməşq ətrafında cinayətkar hücumunda Milad Heydəri adlı İnqilab Keşikçiləri Korpusu qüvvəsinin şəhadətini elan edib.
Daha çox oxuyun: İsrailin Dəməşqə hava hücumu zamanı Sepah qüvvələrindən biri şəhid oldu + FOTO
8- Aprelin 2-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələri sionist rejimin Dəməşq ətrafında cinayətkar hücumunda Miqdad Mehqani Cəfər Abadi adlı daha bir Sepah qüvvəsinin şəhadətini elan edib.
Daha çox oxuyun: İsrailin Dəməşqə hava hücumu nəticəsində daha bir Sepah müşaviri şəhid oldu + FOTO
9- Aprelin 2-də İsrail mediası İsrail qırıcılarının işğal olunmuş Fələstinin şimalında naməlum pilotsuz uçan aparatı vurduğunu açıqladı. Sionistlər bu pilotsuz təyyarənin Suriyadan işğal olunmuş ərazilərə daxil olduğunu iddia edib.
10- Aprelin 4-də Omanın paytaxtı Maskatda İran, Səudiyyə Ərəbistanı, Suriya və İraq səfirləri dördtərəfli görüş keçiriblər. İraqın Omandakı səfirinin bəyanatlarına görə, bu görüşdə tərəflər region ölkələri üçün regional sülhün kölgəsində yaranmış böyük imkanlar barədə fikir mübadiləsi aparıblar.
11- Aprelin 8-i axşam və 9-u səhər saatlarında Livaul-Qüds müqavimət dəstəsinin əməliyyatçıları Suriya ərazisindən işğal olunmuş Qolandakı sionist qəsəbələrinə doğru ən azı altı raket atıb. Raketlərdən birinin Qolandakı qeyri-yaşayış sahəsinə düşdüyü bildirilir.
Daha çox oxuyun: Suriya ərazisindən işğal altındakı Qolana iki raket hücumu olub + FOTO
12- Aprelin 9-da İsrail ordusunun qırıcıları Suriya ərazisindən işğal olunmuş Qolandakı sionist qəsəbələrinə raket atışlarına cavab olaraq Suriyanın cənubundakı hədəflərə hücum edib.
Daha çox oxuyun: İsrail aviasiyası Suriyanın cənubuna hücum edib
13- Aprelin 9-da İran prezidenti suriyalı həmkarını telefonla təbrik edərkən bəzi regional məsələləri müzakirə edib.
Daha çox oxuyun: İran və Suriya prezidentləri arasında telefon danışığı olub
Rəy