‎Oman və Səudiyyə nümayəndə heyəti Yəmənin Ali Siyasi Şurasının rəhbəri ilə görüşüb ‎+ FOTO və VİDEO

Bazar ertəsi 10 Aprel 2023 - 23:50
https://az.iswnews.com/?p=20688

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Oman və Səudiyyə Ərəbistanının diplomatik nümayəndə heyəti Sənaaya səfəri zamanı Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşşat və Yəmənin Qurtuluş Hökumətinin digər rəsmiləri ilə görüşüb və söhbət edib.

Görüş dünən bazar günü 9 aprel tarixində baş tutub. Belə ki, Omanın vasitəçiliyi ilə Yəməndə sülh danışıqlarının davamı olaraq Səudiyyə Ərəbistanının Yəməndəki səfiri Məhəmməd Ali Cabirin başçılıq etdiyi diplomatik nümayəndə heyəti Oman və Yəmən diplomatlarının müşayiəti ilə Yəmənin paytaxtı Sənaa şəhərinə daxil olub.

Məhəmməd Ali Cabiri Prezident sarayında Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Husi və Yəmənin Ali Siyasi Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə sədr müavini Cəlal Əl-Ravişan qarşılayıblar.

Bu görüşdə Mehdi Əl-Məşşat Omanın vasitəçiliyini və fikirlərin yaxınlaşdırılmasında və Yəməndə sülhün bərqərar olunmasına çalışılmasında müsbət rolunu yüksək qiymətləndirib və Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə söhbətində Qurtuluş hökumətinin bu istiqamətdə qətiyyətli mövqelərini vurğulayıb.

Yerli mənbələrin məlumatına görə, Səudiyyə Ərəbistanı və Oman nümayəndə heyətinin Sənaaya səfəri Yəmənin hava limanları və limanlarının tam şəkildə açılması, bütün dövlət işçilərinə maaşların ödənilməsi, yenidənqurma və siyasi işlər üzrə keçid prosesləri üçün Ənsarullah rəsmiləri ilə danışıqlar yönündə baş tutub. Bu görüşdən sonra atəşkəsin əldə olunması və Yəmən blokadasının götürülməsi prosesinin sürətlənəcəyi gözlənilir.

Görüşdən olan video görüntü
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir