Sionist rejim ilə müqavimət arasında son münaqişəyə bir baxış; Livanın cənubundan Qəzzaya qədər!

Bazar 9 Aprel 2023 - 16:38
https://az.iswnews.com/?p=20666

Aprelin 6-da Livanın cənubundan işğal olunmuş Fələstinin şimalındakı sionist qəsəbələrinə doğru 34 raket atılıb, onlardan 25-i müdafiə sistemləri tərəfindən ələ keçirilib, ən azı dördü isə işğal olunmuş ərazilərə düşüb.

Bir neçə saat sonra sionist rejim qırıcıları Fələstin müqavimət dəstələrinin qarşısını almaq məqsədi ilə Qəzza zolağının müxtəlif bölgələrindəki mövqelərini bombalayıblar. Çox keçmədi ki, Fələstin müqavimət dəstələri bir neçə dəfə Sderot, İvim və Nair Am qəsəbələrinə 44 raket ataraq bu hücumlara cavab verdi.

Qəzza zolağına endirilən hava zərbələrindən sonra İsrail ordusu cümə günü səhər saatlarında Livanın cənubundakı Sur şəhərinin cənub ətraflarında Əl-Qəlilə bölgəsini altı raketlə bombalayıb. Yayımlanan görüntülərdə İsrail raketlərinin Əl-Qəlilədə kənd təsərrüfatı sahələrinə, iki körpüyə və digər yerlərə düşdüyü və heç bir ciddi ziyan olmadığı göstərilir.

Müqavimətin Qəzza zolağında boşaldılmış qərargahının hədəfə alınması sionistlərin bu zolağa hücumla bağlı açıq elanlarının nəticəsi idi. Həmçinin İsrailin Livanın cənubundakı əkinçilik sahələrinə və düzənliklərinə havadan hücumları göstərir ki, bu rejim bu hücumları yalnız işğal etdiyi ərazilər daxilində ictimai rəyi inandırmaq üçün edib, çünki münaqişələri davam etdirmək imkanı və niyyəti yoxdur. Bu faktı nəzərə alan Benyamin Netanyahu öz kabinetinin nazirlərinə vurğulayıb ki, daxili fikir ayrılıqlarını nəzərə alaraq Təl-Əviv Həmas və Hizbullahla münaqişəyə cəlb edilməməlidir.

Daha çox oxuyun:
İsrail ordusunun Qəzza zolağına hücumu; Müqavimət cavab verdi! + VİDEO və FOTO
İsrail Livanın cənubuna raket zərbələri endirib

İşğal olunmuş Fələstindəki son münaqişələrin posteri

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir