Son bir ayda İraqda İŞİD ünsürlərinin göstərdiyi fəaliyyətlərin təfərrüatı + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terrorçuları son bir ayda İraqın müxtəlif bölgələrində 17 əməliyyat keçirib.
İŞİD ünsürləri İraqda son bir ay davam edən əməliyyatlarında yol kənarında yerləşdirilmiş bombalarla və ya birbaşa hücumlarla yollarda hərəkət edən bir sıra hərbi avtomobilləri hədəfə alıblar.
Təbii ki, İŞİD-in əməliyyatlarının İraq hərbi qüvvələrinin müxtəlif bölgələrdə birgə əməliyyatları nəticəsində kəmiyyət və keyfiyyət baxımından zəiflədiyi və daha çox passiv və reaktiv xarakter daşıdığı göz qabağındadır.
Qeyd edək ki, İŞİD hərəkatları martın ikinci yarısında Kərkük vilayətində, aprelin birinci yarısında isə Əl-Ənbar vilayətində cəmləşib.
İŞİD ünsürlərinin son bir ayda İraqdakı hərəkətlərinin təfərrüatları belədir:
-Martın 2-də İŞİD ünsürləri Kərkük vilayətinin Daquq şəhərinin cənubunda yerləşən Suhyel kəndi yaxınlığında İraq ordusunun qərargahına hücum edərək iki gecə görmə kamerasını sıradan çıxarıblar.
-Martın 5-də Kərkük əyalətinin Daquq şəhərinin cənubundakı Vadi Əl-Şay bölgəsində İŞİD terrorçuları İraqın antiterror qüvvələrinin zabitini yaralayıblar.
-Martın 6-da terrorçular Salahəddin əyalətinin Əl-Siniyyə şəhərinin qərbində yerləşən Hədisə-Bici yolu üzərində yerləşən İraq ordusunun postuna hücum ediblər. Bu hücum zamanı ordu qüvvələrindən biri şəhid olub, ikisi isə yaralanıb. Həmçinin bir gecəgörmə kamerası da məhv edilib.
-Martın 7-də İŞİD ünsürləri Kərkük vilayətinin Tuzxormato şəhərinin qərbində Zəncəli kəndi yaxınlığında Həşd-Şəəbi avtomobilinin yolunda yol bombasını partladıb, nəticədə bir nəfər şəhid olub, bir neçə nəfər yaralanıb.
-Martın 7-də İŞİD ünsürləri Diyalə əyalətinin Əl-Vəqf bölgəsində polis idarəsinə hücum edərək gecəgörmə kamerasını sıradan çıxarıblar.
-Martın 9-da İŞİD terrorçuları Tuzxormato bölgəsinin sakinlərindən birini həbs etdikdən sonra şəhid ediblər.
-Martın 15-də İŞİD ünsürləri Kərkük vilayətinin Ər-Rəşad bölgəsindəki Salmani kəndi yaxınlığında İraq ordusuna məxsus avtomobilin yolunda yol kənarına yerləşdirilmiş bombanı partladıb və nəticədə ətrafdakılar yaralanıb.
-Martın 18-də İŞİD Kərkük əyalətinin Daquq şəhərinin cənubundakı Təll-İdə kəndində İŞİD-in təsisatının yerləşdiyi yerə hücum etməyi planlaşdıran Həşd-Şəəbi patrul maşınının yolunda yol kənarında yerləşdirilmiş bir bomba partladıb. Nəticədə Həşd-Şəəbi qüvvələrindən üç nəfər yaralanıb.
-Martın 25-də İŞİD ünsürləri Əl-Ənbar vilayətinin qərbində yerləşən Əl-Nəxib-Ərər yolunda İraq ordusuna məxsus avtomobilə hücum edib və avtomobildə olanları yaralayıb. Həmin gün İŞİD eyni yolda yerləşən İraq Ordusu postuna hücum edib.
-Martın 26-da terrorçular Əl-Ənbar vilayətinin qərbində yerləşən Akaşat-Ər-Rutba marşrutu üzrə Həşd-Şəəbiyə məxsus avtomobilə hücum edib və orada olanları yaralayıblar.
-Martın 30-da İŞİD ünsürləri Əl-Ənbar vilayətinin qərbində Əkkaşat-Ər-Rutbə marşrutu üzrə Həşd-Şəəbi Təşkilatının qərargahına hücum edib. Həmçinin, həmin gün İŞİD eyni yolda Həşd-Şəəbiyə məxsus hərbi maşına hücum edib.
-Aprelin 1-də İŞİD Əl-Ənbar əyalətinin Ər-Rutba şəhərinin cənubunda yerləşən Əl-Feyzə kəndində Həşd-Şəəbi patrul marşrutu üzərində yol bombasını partladıb və Həşd-Şəəbi qüvvələrindən birini şəhid edib.
-Aprelin 2-də İŞİD ünsürləri Əl-Ənbar vilayətinin Ər-Rutba şəhəri yaxınlığında İraq ordusunun postuna hücum edib.
-Aprelin 4-də İŞİD ünsürləri Kərkük vilayətinin Daquq şəhərinin Rabizə kəndi yaxınlığında İraq ordusuna məxsus avtomobilə hücum edib və bir nəfəri yaralayıb.
-Aprelin 5-də İŞİD ünsürləri Kərkük vilayətinin Havicə bölgəsindəki Əl-Təmaimə kəndində Həşd Əl-Əşaarinin müştərək qərargahına hücum edərək ən azı bir nəfəri şəhid edib, bir neçə nəfəri yaralayıb.
-Aprelin 6-da İŞİD terrorçuları Əl-Ənbar vilayətinin qərbində Səudiyyə Ərəbistanı ilə sərhəd yaxınlığındakı İraq ordusunun postuna hücum edərək iki ordu əsgərini şəhid ediblər.
-Aprel ayının ilk günlərində İraq təhlükəsizlik qüvvələri Əl-Ənbar səhrasında İŞİD terror qruplaşmasının sığınacaqlarına qarşı hücumlar həyata keçirib və bu əməliyyat zamanı bir sıra İŞİD ünsürləri məhv edilib. Bundan əlavə, İŞİD xəbər mənbələri bu arada İraqın anti-terror qüvvələrinə məxsus “Hummer” markalı avtomobilinin də yol kənarına yerləşdirilən bombaya tuş gəldiyini və orada olanların şəhid olduğunu və ya yaralandığını iddia edib.
Qeyd edək ki, bu hesabatda İŞİD-in rəsmi olaraq qəbul etdiyi və elan etdiyi əməliyyatlar və qarşıdurmaların məlumatlarından istifadə edilib. Ona görə də bu məzmunun dərci İŞİD-in iddiasının həqiqiliyi və təsdiqi demək deyil. Həmçinin İŞİD ünsürlərinin itki və ziyanlarının miqdarı barədə məlumat dərc edilməyib.
Rəy