Təl-Əvivdə anti-İsrail əməliyyatı nəticəsində 7 nəfər ölüb və yaralanıb + VİDEO və FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Təl-Əvivdə anti-İsrail əməliyyatından sonra ən azı bir sionist və bir əcnəbi həlak olub, altıdan çox insan isə yaralanıb.
İsrail mediasının məlumatına görə, bir fələstinli Karlo silahından istifadə edərək Təl-Əvivdə bir neçə sionisti güllələyib və yaralayıb. Bu hücumun iki qurbanından biri İtaliya vətəndaşıdır. Həmçinin əməliyyatın icraçısı İsrail əsgərləri tərəfindən açılan atəş nəticəsində dünyasını dəyişib.
Fələstinin Azadlıq Xalq Cəbhəsi Mərkəzi Komitəsinin üzvü Mahir Məzhər deyib: “Qəhrəmancasına baş tutanTəl-Əvivdəki əməliyyatı təbrik edir və bu əməliyyatın sionist düşmənin Fələstin xalqına, Məscidül-Əqsa və fələstinli ibadət edənlərə qarşı təkrar təcavüz və artan cinayətlərinə təbii cavab olduğunu vurğulayıram”.
Bu xüsusda İslami Cihad hərəkatının rəhbərlərindən olan Davud Şahab da bildirib ki, sionist düşmən müqavimət meydanlarını dağıtmaq və onları bir-birindən ayırmaqda dəhşətli məğlubiyyətə uğrayıb.
İndiyədək sionist rejimin mediası bu əməliyyatda öldürülən insanların adları və şəkilləri də daxil olmaqla heç bir məlumat dərc etməyib.
İbrani KİV-lərinin məlumatına görə, Təl-Əvivdə bu gecə keçirilən əməliyyatın operatoru 1948-ci ildə işğal olunmuş ərazilərdəki Kəfər Qasim sakini Yusif Əhməd Süleyman Əbu Cabirdir.
Qeyd edək ki, bu, son 24 saat ərzində ikinci anti-İsrail əməliyyatıdır. Bir neçə saat əvvəl İordaniyanın Qor bölgəsində fələstinli gənclərin silahlı əməliyyatı nəticəsində iki sionist öldürülüb, bir nəfər isə ağır yaralanıb.
Rəy