İsrail ordusunun Qəzza zolağına hücumu; Müqavimət cavab verdi! + VİDEO və FOTO

Cümə 7 Aprel 2023 - 14:00
https://az.iswnews.com/?p=20575

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin müqavimət dəstələri sionist rejim ordusunun Qəzza zolağına hava və artilleriya hücumlarına cavab olaraq, bu zolağın ətrafındakı sionistlər yaşayan bölgələri raket hücumları ilə hədəfə alıblar.

Fələstin müqavimət dəstələri ilə İsrail ordusu arasında hərbi toqquşmaların davamında sionist rejim təyyarələri son saatlarda Qəzza zolağının müxtəlif bölgələrindəki hədəflərə hücum edib.

İslam Dünyası Xəbərlərinin sahə mənbəyinin açıqlanmasına görə, İsrail aviasiyası Qəzzanın şərqindəki bir neçə nöqtəni, o cümlədən Əl-Tuffah məhəlləsinin şərqində Fələstin müqavimətinə aid Rəəd bazasını hədəf alıb. İsrail ordusunun Qəzzanın şərqinə hücumlarından sonra xəstəxana, bir neçə yaşayış evi və bir sıra mülki mərkəzlərə ciddi ziyan dəyib. Fələstin müqavimətinin Deyr Əl-Bələh, Əl-Bric düşərgəsi, Beyt Hanun, Qəzza şəhərinin cənubu və Xan Yunis şəhərinin qərbində yerləşən bir neçə digər bazası da sionist rejim təyyarələrinin hədəfi olub.

Bu hücumlardan sonra İsrail ordusu verdiyi açıqlamada son saatlarda Qəzza zolağında 10 hədəfə hücum etdiyini açıqlayıb. Bu açıqlamada müqavimət qruplarının Qəzza zolağından işğal altındakı Fələstinə doğru 44 raket atmasına işarə edilərkən, bu raketlərdən 29-nun müdafiə sistemləri tərəfindən ələ keçirildiyi bildirilir.

İvrit mediasının məlumatına görə, İsrail ordusu son saatlarda Qəzza zolağına hücumda 50 ton partlayıcıdan istifadə edib.

Digər tərəfdən, İsrail ordusunun Qəzza zolağına hücumlarına cavab olaraq, Fələstin müqavimət qrupları Qəzza ətrafındakı sionist yaşayış məntəqələrini raket hücumları ilə hədəfə alıblar. Bu hücumlardan sonra Qəzza zolağının yaxınlığındakı Sedirut, İvim və Niram yaşayış məntəqələrində həyəcan sirenləri çalınıb. Bildirilir ki, Fələstin müqavimətinin raketlərindən biri birbaşa Qəzza zolağının yaxınlığındakı sionist Sedirut qəsəbəsində bir evə düşüb.

Müqavimət raketi sionistlərin Qəzza zolağı yaxınlığındakı Sedirut qəsəbəsində bir evə birbaşa düşüb.

Həmçinin müqavimət döyüşçüləri Qəzza zolağının səmasında sionist rejimin düşmən qırıcılarına yer-hava raketləri ilə cavab verib və onları qaçmağa məcbur ediblər.

Xatırladaq ki, aprelin 7-də səhər saatlarında ivrit mediası İsrail ordusunun Qəzza zolağında Həmasın mövqelərinə qarşı “Güclü əl” adı ilə əməliyyata başladığını elan etmişdi.

Fələstin Azadlığı Uğrunda Xalq Cəbhəsinin hərbi qolu Kətaib Əbu Əli Mustafa Qəzza zolağı ətrafında sionist ordu bazaları və yaşayış məntəqələrinə raket hücumunun videosunu yayıb.
Qəzza zolağından işğal olunmuş ərazilərə doğru bir neçə raket atılmasının videosu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir