Sionist rejimin Dəməşq ətrafına hava hücumu nəticəsində iki mülki vətəndaş şəhid oldu + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim qırıcıları Suriyanın Dəməşq əyalətindəki hədəflərə bir neçə raket zərbəsi endirib, nəticədə iki mülki şəxs şəhid olub.
Suriya hərbi mənbəsindən verilən məlumata görə, çərşənbə axşamı günü yerli vaxtla saat 00:15 radələrində düşmən sionist rejimi işğal olunmuş Qolan bölgəsi istiqamətindən bir neçə raketlə Dəməşq ətrafı və Suriyanın cənub bölgələrindəki hədəflərə hücum edib. Əksər raketlər hava hücumundan müdafiə vasitələri ilə məhv edilib. Bu hücum iki mülki vətəndaşın şəhid olmasına və maddi ziyanın yaranmasına səbəb olub.
Bununla bağlı daha ətraflı məlumat verilməyib, lakin bu hücumun hədəfləri arasında Dəməşq ətrafı və Dəməşq Beynəlxalq Hava Limanındakı Suriya Ordusu mövqelərinin olduğu bildirilir.
İsrailin Suriyaya bu hücumu sionist rejimin son altı gündə bu ölkənin ərazisinə dördüncü hücumudur. Həmçinin, bu, bir müddət əvvəl bu ölkədə baş verən dağıdıcı zəlzələdən sonra İsrail rejiminin Suriyaya yeddinci hücumudur.
Xatırladaq ki, bazar günü saat 00:35-də (yerli vaxtla) İsrail rejimi ordusunun qırıcıları Homs şəhərinin kənarındakı hədəflərə bir neçə raket zərbəsi endirmişdir, nəticədə Suriya ordusunun 5 əsgəri yaralanmışdır.
Daha çox oxuyun: Sionist rejimi Suriyaya hava zərbələri endirdi; Beş Suriya əsgəri yaralanıb + FOTO və VİDEO
Rəy