İran İR Cənubi Qafqazda diplomatik dəyişikliklər etdi
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, son günlər İran İslam Respublikasının Azərbaycan və Ermənistandakı səfirlərini dəyişməsi Cənubi Qafqazda ciddi diplomatik dəyişikliklər etməsinin göstəricisidir.
İran İslam Respublikasının Cənubi Qafqaz regionunda xarici siyasəti dəyişir və bu məsələni bu ölkənin iki ölkə olan Azərbaycan və Ermənistandakı səfirliklərinin tərkibindəki dəyişiklikdən anlamaq olar.
İranın Suriyadakı səfiri Mehdi Sobhani İrəvana gedərək Ermənistandakı hazırkı səfir Abbas Bədəxşan Zuhurini əvəz edəcək.
Həmçinin bu dəyişikliklərə İranın Bakıdakı səfirliyi də daxildir. Hazırkı səfir Seyid Abbas Musəvinin yerinə əvvəllər İranın Qazaxıstan və Gürcüstandakı səfiri olmuş, hazırda Tehranın Birləşmiş Millətlər Təşkilatı prospektində İran İslam Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşlarından olan Müctəba Dəmirçilu təyin ediləcək.
Rəy