“Zəngəzur”adlı qanlı oyun – Təhlil

Bazar 2 Aprel 2023 - 23:47
https://az.iswnews.com/?p=20467

Son günlər Azərbaycan-Ermənistan münaqişəsi adı ilə, Qarabağ və vətənpərvərlik pərdəsi altında Cənubi Qafqazda yaranan canlanma hər kəsə məlumdur. Qərb birliyi, zahirdə evin kişisi kimi görünməyə çalışan, əslində isə namusunu qumarda uduzan İlham Əliyevi önə verməklə, Zəngəzur adlı qanlı oyunu ortaya ataraq, müqavimət cəbhəsinə qarşı hərəkətə keçmək niyyətindədir.

Bu səbəbdən YAP rejimi televiziya aparıcılarından tutmuş, gününü iclaslarda yatmaqla keçirən deputatlara qədər, yal verdiyi hər kəsi İrana hürməyə məcbur edir. Bu çirkin siyasətin məqsədi Azərbaycan xalqını yaxın gələcəkdə baş verəcək qırğınlara hazırlamaqdır. Biz, Zəngəzur adlı təhlükə barədə kifayət qədər məlumat vermişik. Görünən budur ki, “Qumarbaz” bu öyüd-nəsihətlərdən nəticə çıxarmayıb. Odur ki, özünə narkobizneslə şərait quran “siyasi gəlincik”, yaxın gələcəkdə baş verənlərə görə heç kimi qınaya bilməz. Məşhur məsəldə deyildiyi kimi, “Özü yıxılan ağlamaz”.

Bəs “qumarbaz diktator” kimlərin dəstəyi ilə, İrana qarşı çərənləmək üçün cəsarət tapıb?! Bığlı teatr kuklasını cəsarətləndirən, dırnaqarası müttəfiqləridir. Təəssüf ki bu kukla, hərbi əməliyyatlar üçün çox pis zamanı seçib. Müttəfiqin biri zəlzələ, digəri isə daxili etiraz və iğtişaşlar səbəbindən diz üstə çöküb. Başqa müttəfiqləri isə, müqavilə imzalamaq və barışıq əldə etmək üçün öz ayaqları ilə İranın qapısına gəlib.

“15 temmuz darbesi” zamanı Təbriz aeroportuna sığınan Ərdoğanın Suriyadan Azərbaycana gətirdiyi vahabilər, İlham Əliyevə yaman qol-budaq verib. Lakin, müqavimət cəbhəsi həmin vahabiləri çox gözəl tanıyır. Bilməyənlər üçün qeyd edək ki, bunlar, Suriyada müqavimət cəbhəsinin qarşısından qadın paltarı geyinərək qaçan həmin vahabilərdir. Qadın paltarını çıxarıb yenidən kişi libası geyinərək, bu dəfə fərqli məkanda görüşümüzə gəliblər. Çürümüş leş ətrafına toplaşan quzğun tək, İran sərhədinə cəm olan həmin vahabilərə kiçicik bir müjdəmiz var: Qardirobunuza əl gəzdirin, Əfqan mücahidləri yenidən sorağınıza gəlib!

Rüşvətxor İlham Pakistan və İsraildən bir neçə təyyarə silah gətirməklə, İrana qarşı müharibə edə biləcəyini düşünür. Sənin milyonlar bahasına aldığın silahları, İran özü istehsal edir.
Həyatın işini bilmək olmaz, bir gün ölkəndəki hava limanları bombardman edilsə, həmin təyyarələr yükünü boşaltmaq üçün hara eniş edəcək? Bütün dünya Kiyevi xarabalığa çevirən İranın Şahidlərindən danışır. Nəzərinə çatdıraq ki, Şahidlər İranın anbarlarda yığılıb qalan köhnə silahlarıdır. Unutma ki, dünyadakı ən müasir hava hücumundan müdafiə sistemləri, Amerikanı qorxuya salan hipersonik raketlərimizin nə zaman və haradan gəldiyindən xəbər tuta bilmir.

Yadına sal o zamanı ki, bir vaxtlar dünyanın bütün hegemon gücləri, bir ağızdan “Əsəd getməlidir” deyirdi. Diktator qardaşın sayılan Ərdoğan, bu sözü deyənlərin öndə gedənlərindən idi. Minlərlə müqavimətçi igidlərimiz, Suriyada dünya güclərinə qarşı dayanaraq, Əsədi hakimiyyətdə saxladı. Amerikanı Əfqanıstandan qovduğumuz kimi, Suriyanı boşaltmağa və İraqı təhvil verməyə məcbur edirik. İraqda demək olar hər gün Amerika logistik karvanına hücumlar edirik. Dəqiq desək, Amerika İranın varlığı səbəbindən bölgədə bir gün asudə yaşaya bilmir. Bir sözlə, regionda kimin gedəcəyi və kimin qalacağı qərarını artıq “Biz” veririk.

Güvəndiyin İsrailə də gözəl surprizlər hazırlamışıq. Yaddan çıxarma ki, Hizbullah “harda İsrail var, Biz ordayıq” prinsipi ilə, dünyanı sionistlər üçün cəhənnəmə çevirib. İsrail əsgərlərinin Hizbullah igidləri qarşısında necə qorxuya düşərək ağladığı həmin video kadrlar, hələ də sosial şəbəkələri bəzəməkdədir.

İran düşmənlərini öz ölkəsində yox, qonşu dövlətlərin ərazisində məhv etməyə adət edib.
Bütün günü dəmir yumruğunu reklam edən “Qumarbaz” bilsin ki, Müqavimət cəbhəsi dəmiri təkcə yumruq kimi yox, həm də lom kimi istifadə edir.

Mənbə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir