İran generalı rəsmi Bakıya müraciət etdi: “İran Qafqaz regionunda sərhədlərin dəyişdirilməsinə imkan verməyəcək”. + VİDEO

Cümə 31 Mart 2023 - 23:12
https://az.iswnews.com/?p=20383

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran Quru Qoşunlarının komandanı, briqada generalı Kiyumərs Heydəri, rəsmi Bakıya müraciət edib: “İran Qafqaz regionunda sərhədlərin dəyişdirilməsinə imkan verməyəcək”.

Briqada generalı çıxışında bildirir:
“Qafqazda bir neçə həssas məsələ var. Bunlardan biri də sionist rejimin mövcudluğudur. İran, sionistlərin region ölkələrində mövcudluğuna dözməyəcək və onlara qarşı çıxacaq. Digər problem isə Bakı ilə İrəvan arasında gedən müharibə zamanı bölgəyə dəvət olunmuş suriyalı terrorçuların olmasıdır. İranın əlində bu terrorçuların, bölgəni tərk etməsi ilə bağlı heç bir etibarlı sübut yoxdur. Üçüncü sual isə regionda dövlət sərhədlərinin dəyişdirilməsinin qanunsuzluğudur. İran qonşu ölkələrin sərhədlərinə hörmət edir və onların dəyişdirilməsinə imkan verməyəcək”.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İran Quru Qoşunlarının komandanı Kiyumərs Heydərinin sionist rejim qüvvələrinin mövcudluğu ilə bağlı xəbərdarlığına sionist rejimin İrana qarşı böhtanlı reaksiyalarına bənzər reaksiya verib.

Bəyanatda deyilir:

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilmişdir.
K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir. O eyni zamanda İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir. 
İlk öncə bildiririk ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyildir.
K.Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamışdır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir. Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənmişdir. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır. 
Azərbaycan Respublikası bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır.
44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki,  şanlı Azərbaycan Ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yazmışdır. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülüş doğurur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir