İsrailin Dəməşqə hava hücumu zamanı Sepah qüvvələrindən biri şəhid oldu + FOTO

Cümə 31 Mart 2023 - 16:15
https://az.iswnews.com/?p=20363

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun ictimai əlaqələri sionist rejimin Dəməşq ətrafında səhər saatlarında hücumu zamanı Korpusun Milad Heydəri adlı qüvvələrindən birinin şəhadətini elan edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələri bü gün martın 31-də sionist rejim qırıcılarının Suriyanın paytaxtı Dəməşq ətrafında bugünkü hücumundan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi müşavirlərindən birinin şəhid olduğunu elan edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr elanında deyilir: “Bu gün, cümə günü, 2023-cü il martın 31-i, mübarək Ramazan ayının doqquzuncu günü İran İslam İnqilabı Keşikçiləri Korpusunun cəsur müşavirlərindən olan Milad Heydəri Suriyadakı sionist rejiminin Dəməşq yaxınlığına cinayətkar hücumu nəticəsində şəhid olub”.

Bu elanda sionist rejimin cinayətləri və təkrar təcavüzlərinə cavab olaraq dünyanın təsirli təşkilatlarının sakit durmalarını və sakit baxmalarını, Birləşmiş Millətlər Təşkilatının üzvü olan müstəqil bir ölkənin suverenliyi və ərazi bütövlüyünün davamlı şəkildə pozulmasını pisləyərək, vurğuladı: “Saxta və cinayətkar sionist rejim şübhəsiz ki, bu cinayətin cavabını alacaq”.

İran İslam İnqilabı Keşikçiləri bu mömin, ixlaslı, fədakar və pak zabitin şəhadətini onun hörmətli ailəsinə təbrik və başsağlığı verdikdən sonra şəhidin dəfn və yas mərasiminin İran xalqının məlumatına çatdırılacağını açıqlayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla 00:17 radələrində 24 saatdan az müddətdə ikinci dəfə İsrail qırıcıları işğal altındakı Qolan yüksəklikləri tərəfdən bir neçə raket ataraq Dəməşq kənarındakı hədəflərə hücum edib.

Şəhid Milad Heydərinin fotosu:

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir