Taliban xarici işlər nazirliyinin əməkdaşlarına terror hücumu; ikinci dəfə! + FOTO

Cümə axşamı 30 Mart 2023 - 03:33
https://az.iswnews.com/?p=20335

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Kabildə Talibanın Xarici İşlər Nazirliyinin binası yaxınlığında İŞİD-in kamikadze hücumu nəticəsində azı 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Bazar ertəsi, martın 27-də saat 13:20-də (yerli vaxtla) bir İŞİD üzvünün Kabildə ikinci rayonun Mələk Əsgər kəsişməsində yerləşən Taliban hökumətinin Xarici İşlər Nazirliyinin binasının girişi yaxınlığında törətdiyi kamikadze hücumu nəticəsində partlayış baş verib. Azı 18 nəfər, onların arasında bu nazirliyin bir neçə əməkdaşı olmaqla birgə ölüb və yaralanıb.

Taliban hökumətinin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Nafi Takur hücumu təsdiqləyib və bildirib ki, kamikadze hədəfə (Xarici İşlər Nazirliyi) çatmazdan əvvəl müəyyən edilib və Taliban silahlıları tərəfindən öldürülüb, lakin partlayıcı maddələr onunla birlikdə olub. Partlayış nəticəsində 6 nəfər mülki şəxs həlak olub, 3-ü Taliban üzvü olmaqla 12 nəfər yaralanıb. Kabil şəhərinin xəstəxanasının işçiləridə də bu hücumun qurbanlarının ikisi uşaq olmaqla 18 ölü və yaralı olduğunu bildiriblər.

İŞİD terror qruplaşması bu hücumu törədən kamikadze Əbdül Həmid Xorasaninin şəklini və bir bəyanat dərc etməklə bu terror aktının məsuliyyətini öz üzərinə götürüb. Həmçinin, 2023-cü il yanvarın 11-də bu qrupun agentləri Taliban hökumətinin Xarici İşlər Nazirliyinin girişini kamikadze hücumu ilə hədəfə aldılar və nəticədə bu nazirliyin 60-dan çox əməkdaşı həlak oldu və yaralandı.

Daha çox oxuyun: İŞİD Kabildə Taliban Xarici İşlər Nazirliyinə hücum edib + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir