İşğal olunmuş Fələstin sakinlərinin Netanyahuya qarşı kütləvi nümayişləri davam edir + VİDEO və FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim baş nazirinin məhkəmə islahatı proqramına etiraz olaraq işğal olunmuş Fələstinin müxtəlif şəhərlərində yüz minlərlə israillinin iştirakı ilə etiraz aksiyası keçirilib.
İsrail mediasının məlumatına görə, təxminən 700 min sionist, İsrail rejimi baş nazirinin məhkəmə islahatları planlarına etiraz olaraq martın 26-da Təl-Əviv və Hayfa da daxil olmaqla bir sıra digər şəhərlərin əsas prospektlərində nümayiş keçirib.
İsraildən yayılan görüntülər və videolar nümayişçilərin Təl-Əviv prospektlərində praktiki olaraq döyüş meydanına çevirdiyini göstərir. Etirazçıların sayının artması ilə İsrail hökumətinin baş naziri Benyamin Netanyahunun və bir neçə digər nazir, o cümlədən bu rejimin daxili təhlükəsizlik naziri İtmar Ben Qafirin iqamətgahı etirazçıların toplaşmasına şahid olub. İsrail mediasının məlumatına görə, ötən gecə Təl-Əvivdə keçirilən nümayiş son 12 həftənin ən böyük nümayişi olub.
İşğal olunmuş Fələstində nümayişlərin başlaması ilə eyni vaxtda sionist rejimin baş naziri, bu rejimin müdafiə naziri Yoaf Qallantı məhkəmə sistemindəki dəyişiklikləri tənqid etməsinə görə vəzifəsindən azad edib. Sionist rejimin müharibə nazirinin vəzifəsindən uzaqlaşdırılması və işğal olunmuş ərazinin şəhərlərində vəziyyətin pisləşməsindən sonra bu gün (bazar ertəsi) akademik qurumların rəhbərləri, eləcə də həmkarlar ittifaqları Netanyahunun məhkəmə islahatı proqramını pisləyən çağırış edib və universitetlərin və iqtisadi qurumların fəaliyyətlərinin dayandırılmasını tələb ediblər.
Həmçinin Netanyahunun müdafiə nazirini vəzifəsindən azad etməsindən sonra Tel-Əvivdə vəziyyətin pisləşməsindən sonra İsrail Ordusunun Hərbi Nazirliyinin baş direktoru general-mayor Eyal Zamir Vaşinqtonda Amerika rəsmiləri ilə görüş qrafikini yarımçıq qoyaraq işğal altındakı Fələstinə qayıdıb.
Təl-Əviv və digər işğal olunmuş şəhərlərdə təhlükəsizlik vəziyyəti gərginləşməyə davam edərkən, Likud partiyasının məlumatlı rəsmisi Netanyahunun vəziyyətə nəzarəti itirdiyini açıqlayıb. Sionist rejim televiziyasının 12-ci kanalı həmçinin Likud partiyasının yüksək vəzifəli şəxslərinin İsraili vətəndaş müharibəsi həddinə çatdırdığı üçün Ədliyyə Nazirinin vəzifəsindən uzaqlaşdırılmasını tələb etdiklərini açıqlayıb.
Gərginliyin artmasından sonra İsrail mediası Netanyahunun məhkəmə islahatları planının dayandırılması ilə bağlı məsləhətləşmələr apardığını, lakin indiyədək məhkəmə islahatları planının dayandırılması ilə bağlı heç bir xəbərin dərc olunmadığını bildirib.
Qeyd edək ki, son həftələrdə işğal olunmuş Fələstinin müxtəlif şəhərlərində İsrail rejiminin baş naziri Benyamin Netanyahunun məhkəmə islahatları planına və bəzi qərar və hərəkətlərinə etiraz olaraq təşkil edilən ən böyük etiraz toplantıları keçirilib. Etirazçılar hesab edirlər ki, İsrailin yeni hökumətinin təklif etdiyi məhkəmə islahatları məhkəmə sisteminin müstəqilliyinə ölümcül zərbə vuracaq.
Daha çox oxuyun:
On minlərlə sionist Netanyahuya qarşı nümayiş keçirib + FOTO
Sionistlərin Netanyahu əleyhinə olan etirazları davam edir + FOTO
Rəy