İran səfiri Əfqanıstanın Şiə Alimləri Şurası ilə Novruz bayramı münasibəti ilə əlaqədar görüşüb + FOTO

Bazar ertəsi 27 Mart 2023 - 22:46
https://az.iswnews.com/?p=20219

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İranın Kabildəki səfiri Həsən Kazemi Qomi Əfqanıstanın Şiə Alimləri Şurasının üzvləri ilə görüşündə bu ölkənin şiələrinin Talibanla qarşılıqlı əlaqəsini milli vəhdətin səbəbi kimi açıqlayıb.

İranın Əfqanıstandakı səfirliyinin “Twitter” səhifəsində dünən 26 mart tarixində İranın Kabildəki səfiri Həsən Kazemi Qominin Əfqanıstanın Şiə Alimləri Şurasının üzvləri ilə görüşü və müzakirəsi barədə məlumat verilib.

Bu görüşdə Kazemi Qomi yeni il və müqəddəs Ramazan ayının gəlişini təbrik edərkən Əfqanıstanlı şiələrinin Taliban hökuməti ilə əməkdaşlığını müsbət hesab edib və bu yanaşmanı Əfqanıstan cəmiyyətinin birlik və həmrəyliyinə uyğun hesab edib. Alimlər Şurasının üzvləri də şiələrin tələbləri və Əfqanıstanın aktual problemləri ilə bağlı öz fikir və narahatlıqlarını bildirib.

Əfqanıstanın Şiə Alimləri Şurası son illərdə Əfqanıstan şiələri adından onların tələblərini yerinə yetirən bir təşkilatdır. Bu şuranın sədrliyi hazırda Ayətullah Məhəmməd Haşim Salehi Müdərrisin məsuliyyətindədir və onun birinci və ikinci müavinləri Ayətullah Əhməd Əli Şeyxzadə Müdərris və Höccətül İslam Məhəmməd Əkbəridir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir