Sionist rejim əsgərləri Əl-Əqsa məscidinə basqın edib + VİDEO

Bazar ertəsi 27 Mart 2023 - 20:09
https://az.iswnews.com/?p=20188

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim hərbçiləri mülki itaətsizlik bəhanəsi ilə Məscidül-Əqsaya basqın edib və naməlum səbəblərdən bir neçə fələstinlini həbs edib.

İsrail rejimi dünən 26 mart tarixində mülki itaətsizliyi ehtimalını bəhanə edərək, Məscidül-Əqsaya basqın edərək, Ramazan ayında bu müqəddəs məkanda itikaf və namaz qılan bir neçə fələstinlini həbs edib. Sionistlərin Məscidül-Əqsaya basqını ilə eyni vaxtda İsrail dronları da Qüds şəhərinin səmasında, xüsusən də Məscidül-Əqsa ətrafında uçuşlar həyata keçirib.

İsrail əsgərləri də fələstinlilərin Məscidül-Əqsaya daxil olmasına mane olub və fələstinlilərə qarşı vəhşi hərəkətləri lentə almağa çalışanların mobil telefonlarını müsadirə edib.

Bununla bağlı Məscidül-Əqsa xətibi Şeyx İkramə Səbri də hücuma reaksiya verərək deyib: “İşğalçı İsrail rejimi Məscidül-Əqsaya qarşı çılğın kampaniyaya başlayıb və orada Allaha ibadətlə mübarizə aparır və onu zəvvarlardan boşaldır”.

İşğal olunmuş Qüdsdəki Fələstin Həmas Hərəkatının sözçüsü Məhəmməd Həmmadə də xəbərdarlıq edib:

“Məscidül-Əqsada namaz qılmaq və etikaf etmək xalqımızın haqqıdır ki, bu haqq hər zaman hər vasitə ilə müdafiə olunur və nə işğalçıların təzyiqi və hədə-qorxuları, nə də başqalarının aldadılması Əl-Əqsada etikafa mane ola bilməz. Sionist rejimin mübarək Ramazan ayının bu vaxtında Əl-Əqsada ibadət edənlərə hücumu və onlara hörmətsizlik etməsi ibadət azadlığına qarşı cinayət və ibadət edənlərə və müqəddəs məscidə ardıcıl hücumların bir hissəsidir”.

Qeyd edək ki, İsrail mediası İsrailin daxili təhlükəsizlik naziri İtmar Bin Qafirin bu rejimin polisinə Məscidül-Əqsaya hücum etməyi və zəvvarları zorla oradan çıxarmağı əmr etdiyini yazıb. Bu hərəkət dünən bazar günü sionistlərin bu məscidə kütləvi basqınına zəmin hazırlamaq məqsədilə atılıb.

Fələstinlilərin İsrail əsgərləri tərəfindən qovulması anının videosu (1)
Fələstinlilərin İsrail əsgərləri tərəfindən qovulması anının videosu (2)
Sionist hərbçilərlə fələstinlilər arasında münaqişə
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir