Muxtar Məmmədov İsrail Prezidentinə etimadnaməsini təqdim edib + FOTO

Bazar 26 Mart 2023 - 18:09
https://az.iswnews.com/?p=20177

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycanın israil rejimindəki səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidentinə təqdim edib.

Azərbaycanın sionist rejimindəki səfiri Muxtar Məmmədov bu gün 26 mart tarixində öz etimadnaməsini İsrail Prezidenti İshaq Hesoqa təqdim edib.

Bakı rəsmilərinin bu addımı hazırda Qafqaz regionunda gərginliyin ən yüksək həddə olduğu, Bakının dövlət və qeyri-dövlət medialarının İrana qarşı ağır psixoloji müharibəyə başladığı və müharibə təbilini çaldığı bir vaxtda baş verir.

2022-ci ilin noyabrının əvvəllərində Bakı rəsmilərinin Təl-Əvivdəki səfirliyinin açılması xəbəri mətbuatda dərc olunmuşdur. 2023-cü il yanvarın 11-də İlham Əliyevin rəsmi fərmanı ilə Muxtar Məhəmmədoğlu Məmmədov Bakı rəsmilərinin Təl-Əvivdəki fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

Azərbaycan Respublikası işğal olunmuş Fələstin torpaqlarında səfirliyini açan şiə əhalisinin əksəriyyətinin olduğu ilk ölkədir. Bu addım Bakı rəsmiləri tərəfindən “Şiə çoxluq təşkil edən ölkə” adı ilə qeydə alınıb ki, bu ölkənin hökuməti şiələrin ilkin ideal və əqidəsinə inanmır və bu addım Azərbaycan Respublikasının dindar xalqından deyil, ancaq sekulyar hökumət tərəfindən edilir.

Daha çox oxuyun:
Ceyhun Bayramov işğal olunmuş torpaqlara səfər edəcək
Bakı ilə Tel-Əviv arasında isti diplomatik münasibətlərə bir baxış

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir