İraqda amerikalı terrorçuların logistika karvanına hücum oldu

Bazar 26 Mart 2023 - 04:29
https://az.iswnews.com/?p=20168

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, “Beynəlxalq Müqavimət” dəstəsi Babil vilayətində amerikalı işğalçıların logistika karvanına hücum edib.

Babil vilayətində amerikalı əsgərlərdən ibarət logistika karvanı “Beynəlxalq Müqavimət” dəstəsinin hücumuna məruz qalıb. Bundan əvvəl, 25 fevral 2023-cü il tarixində Qadisiyyə əyalətində eyni müqavimət dəstəsi tərəfindən Amerika əsgərlərinin logistika karvanı hücuma məruz qalmışdı.

Bu, 2023-ci il yanvarın 12-dən İraqda amerikalılara qarşı müqavimət hücumlarının yeni mərhələsi başlayandan bəri İraq müqavimət dəstələrinin İraqdakı Amerika işğalçılarının logistika karvanlarına qarşı doqquzuncu hücumudur.

“İslam Dünyası Xəbərləri”nin araşdırmalarına görə, bu, 2023-cü il 21 mart tarixindən İraq müqavimət dəstələrinin Amerika logistik konvoylarına qarşı ilk hücumudur. Həmçinin 2021-ci il 21 mart tarixindən Babil vilayətində Amerika işğalçı karvanlarına və mövqelərinə qarşı 65 hücum həyata keçirilib.

Daha çox oxuyun:
İnfoqrafik: İraq müqavimət dəstələri
İnfoqrafik: 2021-ci ildə İraq Müqavimət Dəstələrinin Amerika qüvvələrinə qarşı əməliyyatları
İnfoqrafik: 2022-ci ildə İraq Müqavimət Dəstələrinin ABŞ qüvvələrinə qarşı əməliyyatları

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir