Azərbaycan Qarabağ bölgəsində atəşkəs rejimini pozdu + XƏRİTƏ və VİDEO

Bazar 26 Mart 2023 - 18:36
https://az.iswnews.com/?p=20164

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Laçının şimalında razılaşdırılmış təmas xəttini keçərək Qarabağda 2020-ci il atəşkəs razılaşmasını pozub.

Martın 24-də Azərbaycanın Müdafiə Nazirliyi Qarabağ bölgəsində Rusiya sülhməramlılarının və Ermənistan silahlı qüvvələrinin hərbi texnikasının Xankəndi – Xəlfəli-Turşsu oxu üzrə qanunsuz daşımaları ilə bağlı bəyanat yayıb. Azərbaycan Respublikası bunu Rusiya sülhməramlı qüvvələri tərəfindən razılaşmaların pozulması və üçtərəfli bəyannamənin müddəalarının həyata keçirilməsi ilə bağlı öz vəzifələrini yerinə yetirə bilməməsi adlandırıb.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın mühəndis qüvvələri Xankəndi-Kosalar-Mirzələr-Turşsu marşrutundan keçən Xankəndi-Xəlfəli-Turşsu yolunun şimalında yeni yol çəkirlər.

Qarabağ erməniləri tərəfindən Laçın dəhlizinin şimalında yeni yol tikintisi

Bu gərginliklərdən sonra Azərbaycan qüvvələri dünən (25 mart) Laçının şimalında Qarabağ bölgəsinin təmas xəttini keçərək Qarabağ bölgəsində 2020-ci il atəşkəs razılaşmasını pozub. Bu irəliləyişdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi növbəti məlumat yayıb və Laçın Dəhlizinin şimal yolu ilə Qarabağ bölgəsinə qaçaqmalçılıq yolu ilə silah-sursatın keçirilməsinin qarşısının alınması üçün zəruri tədbirlərin görüldüyünü açıqlayıb.

İslam Dünyası Xəbərlərinin əldə etdiyi və əldə olan məlumata görə, Şuşa yaxınlığında ekoloji fəallar İlham Əliyev tərəfindən Xankəndi yolunu kəsdikdən sonra Ermənistan silahlı qüvvələri Rusiyanın dəstəyi ilə Xankəndi- Xəlfəli-Turşsu yolunun şimalında yeni və alternativ marşrutun tikintisinə başlayıb. Bakı rəsmiləri çox gözəl bilir ki, bu yol tikilib başa çatdırılsa, Əliyevin ekoloji fəalları praktiki olaraq bütün zəhmətləri, nailiyyətləri boşa çıxacaq; Ona görə də Qarabağ bölgəsinin giriş-çıxış yolunda təşəbbüs göstərmək üçün atəşkəs razılaşmasını pozaraq bu istiqamətdə irəliləyib.

Daha çox oxuyun: Əliyevlərin Qarabağda “Qızıl” oyunu + VİDEO

Bu hadisələrdən sonra Rusiya Müdafiə Nazirliyi Azərbaycanı Qarabağda atəşkəs sazişinin birinci bəndini pozmaqda ittiham edən bəyanat yayıb. Bu bəyanatda bildirilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri qoşunların Şuşa rayonu bölgəsində təmas xətti keçdikdən sonra 2054,0 hündürlükdə (Sarıbaba dağından 2,9 km şimal-şərqdə) mühəndis texnikası yerləşdirib. Həmçinin, Azərbaycan tərəfinə dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl olunması, mühəndis-texniki əməliyyatların dayandırılması və nəzarətə götürülmüş mövqelərdən çıxmasının zəruriliyi barədə məlumat verilib.

Azərbaycan Ordusu qüvvələrinin irəliləyişlərinə görə, görünür ki, bu məntəqənin hökumət tərəfindən nəzarətə götürülməsində məqsəd Qarabağ ermənilərinin Xankəndi-Kosalar-Mirzələr-Turşsu xətti istiqamətində və ya yeni yaradılmış marşrutlarda görmə üstünlüyü və atəşə nəzarət etməkdir.

Daha çox oxuyun: Qarabağ bölgəsində baş verən son hadisələr, 25 Mart 2023

Orijinal ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir