İnfoqrafik: Yəmənə qarşı 2920 günlük müharibənin vurduğu ziyanların statistikası
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Səudiyyə koalisiyasının Yəmənə qarşı 2920 günlük (səkkiz il) müharibə, cinayət və təcavüzləri zamanı 2458-i qadın, 4079-u uşaq olmaqla 18140 yəmənli şəhid olub.
Eyn Əl-İnsaniyyə araşdırma və statistika mərkəzi Səudiyyə koalisiyasının Yəmənə qarşı 2920 günlük müharibə (səkkiz il) ərzində törətdiyi cinayət və təcavüzün statistikasını dərc edib.
Səudiyyə koalisiyasının 2920 gündən sonra Yəmənə təcavüzünün statistikası belədir:
Bu 8 ildə şəhid və yaralıların ümumi sayı 48349 nəfərə, o cümlədən 18140 şəhid, 30254 yaralıya çatıb. Bu saydan şəhid və yaralanan uşaqların ümumi sayı 4079 şəhid, 4790 yaralıdır. Kişi şəhid və yaralıların sayı 11603 şəhid, 22476 yaralıdır. Qadın şəhid və yaralıların sayı 2458 şəhid, 2988 yaralıdır.
Səudiyyə koalisiyası 2920 günlük təcavüz və mühasirədə 15 hava limanı, 16 liman, 346 elektrik stansiyası və generatoru, 617 rabitə şəbəkəsi və stansiyasını zədələyib və ya məhv edib. Həmçinin 3095 su anbarı və su təchizatı məntəqəsi, 2105 dövlət obyekti və 7293 yol və körpü hücuma məruz qalıb.
Səkkiz illik təcavüz zamanı 409 zavod, 390 yanacaq tankeri, 12088 ticarət mərkəzi, 466 quşçuluq və heyvandarlıq ferması, 10279 nəqliyyat vasitəsi, 485 balıqçı qayığı, 1020 ərzaq mağazası, 427 yanacaqdoldurma məntəqəsi, 704 kiçik bazar və 1040 ərzaq daşıyan yük maşını hədəfə alınaraq məhv edilib və ya zədələnib.
Dağılmış və zədələnmiş mülki evlərin sayı da 603110-a çatıb. Səudiyyə koalisiyası tərəfindən 182 akademik mərkəz, 1714 məscid, 384 turizm mərkəzi və 417 xəstəxana və sağlamlıq mərkəzi dağıdılıb.
Səudiyyə koalisiyasının hücumları həmçinin 1265 məktəb və təhsil mərkəzinin, 11350 kənd təsərrüfatı sahəsinin, 141 idman mərkəzinin, 258 tarixi məkanın və 61 media mərkəzinin dağıdılması və zədələnməsinə səbəb olub.
Daha çox oxuyun: İnfoqrafik: Yəmənə qarşı 2555 günlük müharibənin vurduğu ziyanların statistikası
Rəy