Hüseyniyyun Amerikalı terrorçuların hücumu nəticəsində şəhid olan suriyalı silahdaşları barəsində bəyanat verdi + FOTO

Şənbə 25 Mart 2023 - 02:56
https://az.iswnews.com/?p=20128

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Hüseyniyyunun rəsmi mənbələrinə istinadən xəbər verir ki, Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı Amerikalı terrorçuların hücumu nəticəsində şəhid olan suriyalı silahdaşları barəsində bəyanat verdi.

Bəyanatda deyilir:

Bismillahir Rəhmanir Rəhim

فرحین بما اتاهم الله من فضله و یستبشرون بالذین لم یلحقوا بهم من خلفهم الا خوف علیهم و لا هم یحزنون

Onlar (şəhidlər) Allahın Öz lütfündən onlara bəxş etdiyi nemətə sevinir, və hələ onlara çatmamış (şəhid olacaq) kimsələrə heç bir qorxunun olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şad olarlar.
Al-İmran – Ayə 170

Suriyada Amerikanın terrorçu ordusunun hücumları nəticəsində şəhid olan müqavimət əsgərlərinin ailələrinə və yaxınlarına təbrik deyib, başsağlığı veririk. Böyük şeytan Amerikanın silahlı qüvvələri Allahın və bəşəriyyətin ən rəzil və qəddar düşmənləridirlər və onların atəşi vasitəsilə şəhid olmaq ilahi bir lütf və dəyərli bir mənəvi töhfədir.
Əziz komandirimiz şəhid Qasim Süleymani buyurmuşdu: Dua edin ki, aldanmış müsəlmanın deyil, Amerikanın və sionistlərin atəşi ilə şəhid olasınız.
Hüseyniyyun Azərbaycan İslam Müqaviməti əsgərləri bu xəbəri aldıqda şəhid olanların Şam torpaqlarında terrorçuların əleyhinə döyüşlərdə bir çox yerlərdə birlikdə xidmət etdikləri suriyalı silahdaşları və dostları olduğu məlum olduqda ikiqat hüznə qərq oldular.
Əmin olun ki, intiqam sahibi olan Allah onların müqavimət cəbhəsində olan qardaşlarının əli ilə amerikalı terrorçulardan ağır intiqam almaqdadır və alacaq.

Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı

25.03.2023

Sitatın sonu

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir