Yəmən silahlı qüvvələrinin Əl-Cəvf vilayətində hərbi təlimi + VİDEO və FOTO

Şənbə 25 Mart 2023 - 00:06
https://az.iswnews.com/?p=20102

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəməndə Səudiyyə koalisiyasının təcavüzünə qarşı müqavimətin doqquzuncu ilinə daxil olmaq ərəfəsində Yəmən silahlı qüvvələri zirehli, mühəndis, müdafiə, pilotsuz uçuş aparatları və raket bölmələri Əl-Cəvf vilayətində hərbi təlim keçirib.

Çərşənbə günü, martın 22-də Yəmən silahlı qüvvələri “təcavüzkarlar önündə dayanmaq” adı altında keçirilən böyük təlimin görüntülərini yayıb. Bu təlim Yəmən ordusunun zirehli, mühəndis-texniki, müdafiə, pilotsuz uçuş aparatları və raket bölmələrinin iştirakı ilə bir neçə əsas və ikinci dərəcəli istiqamətlərdə 60 kvadrat kilometr ərazidə, səhra və dağlıq ərazilərdə simulyasiya edilmiş hədəflərə qarşı Əl-Cəvf vilayətində həyata keçirilib.
Bu təlimin maraqlı səhnələrindən biri də Amerika bayrağı və sionist rejimin Yəmən müharibəsindəki rolunun və layihələrinin uğursuzluğunun simvolu olan Racum pilotsuz təyyarəsi ilə hədəfə alınması idi.

Yəmən silahlı qüvvələri bu təlimdə Mi-8 helikopteri, Racum heksakopter, Zelzal raketləri, T55 tankı və digər zirehli texnikalardan istifadə edib.

Bu təlim Yəmən silahlı qüvvələrinin son illərdə ilk genişmiqyaslı təlimidir. Yəmən silahlı qüvvələri Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə atəşkəs planı yaratdıqdan sonra Səna, Səədə, Əl-Hudəydə və s. əyalətlərdə müxtəlif hərbi təlimlər keçiriblər. Bu təlimlərin miqyası yüksək olduğundan Səudiyyə koalisiyasını Yəmənin müxtəlif cəbhələrində yeni hücumlar təşkil etməkdən çəkindirib və atəşkəs rejiminə məcbur edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir