İranın yüksək rütbəli hərbi komandiri İranın Azərbaycan Respublikası və Ermənistanla ümumi sərhədlərinə səfər edib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunlarının komandanı Sərdar Məhəmməd Pakpur İranın şimal-qərbində İran və Ermənistan və İran və Azərbaycanın ümumi sərhədlərində yerləşən Aşura düşərgəsinin missiya ərazisinə baş çəkib.
Fars xəbər agentliyinin siyasi müxbirinin verdiyi məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı Sərdar Məhəmməd Pakpur 1402-ci ilin (Şəmsi ilinin) ilk günlərində İran və Ermənistan və İran və Azərbaycanın ümumi sərhədlərində Aşura düşərgəsinin missiya bölgəsində olub.
O, bir qrup SEPAH əsgəri və döyüşçüsü ilə üzbəüz söhbət edib.
Həmçinin, Sərdar Pakpur İranın sərhəd bölgələrində hərbçilərin müxtəlif coğrafi və hava şəraitində döyüş və müdafiə hazırlıqlarını, sağlamlığını, ruh və motivasiyasını, gecə-gündüz səylərini yüksək qiymətləndirdi.
Bu səfər zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı əsgərlərə xitab edərək dedi: “Təhlükəsizlik müdafiəsi məsələsi soyuq, isti, bayram və qeyri-bayram günləri tanımır və biz ayıq-sayıqlığın və hazırlığın zirvəsində olmalıyıq”.
Rəy