İordan çayının qərb sahilində müqavimətin cəbhə komandiri İsrail tərəfindən terror edildi + VİDEO və FOTO

Cümə axşamı 23 Mart 2023 - 20:50
https://az.iswnews.com/?p=20050

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail rejiminin İordan çayının qərb sahilində yerləşən Tulkərəmin şərqində bir kəndə hücumu nəticəsində, Fələstin müqavimətinin cəbhə komandirlərindən biri şəhid edilib.

Sionist qüvvələr bu gün martın 23-də Tulkərəmin şərqindəki Ezba Şufə kəndinə hücum edib, bundan sonra onlarla Tulkərəm müqavimət batalyonu qüvvələri və həmin batalyon komandirlərindən olan Əmir Emad Əbu Xədicə arasında silahlı qarşıdurma başlayıb.

Fəth hərəkatının baş katibi Murad Drubinin sözlərinə görə, İsrail rejiminin əsgərləri Əbu Xədicənin evini mühasirəyə aldıqdan sonra bu fələstinli gənci evində birbaşa baş və bədəninin aşağı nahiyəsindən atəşə tutaraq şəhid ediblər. Daha iki fələstinli də İsrail əsgərləri tərəfindən həbs edilib.

Ramazan ayının gəlişi və İsrail rejiminin fələstinlilərə qarşı cinayətkar hərəkətlərini nəzərə alaraq, yaxın günlərdə İsrail ilə Fələstin müqavimət dəstələri arasında gərginliyin səviyyəsinin artacağını və tərəflər arasında məhdud toqquşmaların başlayacağını ehtimal vermək olar.

Qeyd edək ki, 2023-cü il martın 16-da sionist qüvvələrin Cenin düşərgəsinə hücumu nəticəsində, onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurma baş vermiş, bu zaman 4 fələstinli şəhid olmuş, 20 nəfər isə yaralanmışdır.

Daha çox oxuyun: İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 17 Mart 2023

Şəhid Əmir Emad Əbu Xədicənin İsrail əsgərləri ilə qarşıdurmasının köhnə videosu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir