Seyid Həsən Nəsrullah: “Düşmənin Livanın istənilən bölgəsinə hücumu müqavimətin tez cavabı ilə qarşılanacaq”.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Əl-Aləmə istinadən xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Livan müqavimətinin komandirlərindən olan Hüseyn Əş-Şaminin anım mərasimi ilə əlaqədar çıxış edib.
Seyid Həsən Nəsrullah vurğulayıb: “Keçən həftə işğal olunmuş Fələstinin şimalında baş verən hadisə işğalçı rejimi çaşdırdı. Hizbullahın susması döyüş idarəçiliyinin bir hissəsi və hikmətin ifadəsidir”.
O əlavə edib: “Düşmən olan İsrail böhran içindədir və sionistlərin bu zəifliyi, böhranı, çaşqınlığı, ümidsizliyi və bir-birinə və gələcəklərinə inamsızlığı sionist rejiminin tarixində misilsiz olub”.
Livan Hizbullahının baş katibi qeyd edib: “Düşmən liderləri bu qədər axmaq olduqda, sonun yaxın olduğunu anlayırıq”.
Seyid Həsən Nəsrullah vurğulayıb: “Sionist rejimin Livanın hər hansı bölgəsinə və ya Livan ərazisində hər hansı bir şəxsə, istər livanlı, istər fələstinli, istərsə də digər vətəndaşlara qarşı istənilən hücumu müqavimətlə qarşılanacaq”.
O, Livanın daxili vəziyyəti və iqtisadi vəziyyəti haqqında deyib: “ABŞ-ın qərarları və Livan banklarının davranışı insanların öz məvaciblərini geri götürərək Qərz Əl-Həsnə müəssisəsinə (qeyri hökumət təşkilatı) qoymasına səbəb oldu. Bank tətilləri artıq qəbuledilməzdir, çünki daha kritik vəziyyətə gətirib çıxarır”.
Seyid Həsən Nəsrullah əlavə edib: “Lirəni (Livanın rəsmi valyutası) gücləndirən amillərdən biri də sərmayədir və çinli sərmayəçi 12 milyard dollarlıq sərmayə qoymağa və layihələrə başlamağa hazırdır”.
O qeyd etdi: “Çin Livana sərmayə qoymağa hazırdır, qapılar niyə bağlıdır? Sadəcə, siyasi qərar və cəsarət tələb olunur”.
Seyid Həsən Nəsrullah vurğulayıb: “Hizbullah xalqın yanında qalacaq və heç vaxt öz vəzifələrindən yayınmayacaq”.
Livan Hizbullahının baş katibi Yəməndəki vəziyyətlə bağlı deyib: “Yəmən xalqının dəyanət və əzmkarlığı sayəsində həll üçün çoxlu ümidlər var və bizim istəyimiz budur”.
O, vurğulayıb: “Yəmənə qarşı müharibənin ilk günündən biz Yəmən xalqının yanındayıq və bu, bizim fəxr etdiyimiz mövqedir. Ümid edirik ki, Yəməndə təcavüz və mühasirəyə son qoyulması üçün hər şey öz yerini tapsın”.
Rəy