İsrail aviasiyası Hələb hava limanına hücum edib

Çərşənbə 22 Mart 2023 - 20:14
https://az.iswnews.com/?p=20039

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim qırıcılarının Hələb şəhərinə hava hücumundan sonra Hələb beynəlxalq hava limanına maddi ziyan dəyib.

Suriya Müdafiə Nazirliyinin açıqlamasına görə, bu gün səhər saat 03:55-də (yerli vaxtla) İsrail qırıcı təyyarələri Latakiya vilayətinin qərbindəki Aralıq dənizindən Hələb beynəlxalq hava limanını hədəfə alıb. Bu hücum hava limanına maddi ziyan vurub.

Hələb Beynəlxalq Hava Limanı Suriyanın şimalında zəlzələdən zərər çəkənlərə başqa ölkələrdən humanitar yardımların qəbulu məntəqələrindən biridir. Şübhəsiz ki, bu hava limanının fəaliyyətinin dayandırılması zəlzələdən zərər çəkənlərə və suriyalı qaçqınlara yardımların göstərilməsi prosesini ləngidəcək və onların daha çox əziyyət çəkməsinə səbəb olacaq.

Bu, bir müddət əvvəl bu ölkədə baş verən dağıdıcı zəlzələdən sonra İsrail rejiminin Suriyaya üçüncü hücumudur. Bu qorxaq hücumlar Suriya ölkəsinin dağıdıcı zəlzələnin nəticələrindən sonra ağır humanitar şəraitlə üzləşdiyi bir vaxtda həyata keçirilir.

Qeyd edək ki, 2023-cü il martın 7-də sionist rejim qırıcılarının Hələb beynəlxalq hava limanını hədəfə alması səbəbindən, eniş zolağı zədələnmiş və hava limanının bir müddət fəaliyyəti dayandırılmışdır.

Daha çox oxuyun: İsrail aviasiyası Hələb hava limanına hava zərbələri endirib + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir