Ənsarullah Səudiyyə koalisiyasının Wing Long pilotsuz təyyarəsini məhv edib

Çərşənbə 22 Mart 2023 - 18:54
https://az.iswnews.com/?p=20036

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ənsarullahın hava hücumundan müdafiə qüvvələri Səudiyyə koalisiyasına məxsus “Wing Long” pilotsuz təyyarəsini Əl-Cəvf vilayətinin səmasında vurub.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sərinin açıqlamalarına görə, Ənsarullah Hava Hücumundan Müdafiə qüvvələri martın 21-də Əl-Cəvf vilayətinin səmasında Wing Long 2 PUA-sını məhv etməyə nail olub. Bu pilotsuz təyyarə yer-hava raketi ilə məhv edilib.

Qeyd edək ki, bu pilotsuz təyyarə Ənsarullahın Yəməndə atəşkəs razılaşmasının icrasından və müddəti bitdikdən sonra vurduğu altıncı pilotsuz təyyarədir.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin hesablamalarına görə, bu, Ənsarullah tərəfindən vurulan doqquzuncu Wing Long 1 və ya 2 (Çin istehsalı) dronudur.

Yəmən müharibəsi zamanı Wing Long pilotsuz təyyarələrinin məhv edilməsinin təfərrüatları belədir:
1- BƏƏ-yə aid, Sənaa vilayətinin Xulan bölgəsində, 26 sentyabr 2016-cı il.
2- BƏƏ-yə aid, Səədə əyalətində, 19 aprel 2019-cu il.
3- Səudiyyə Ərəbistanına aid, Həccə əyalətinin Hiran şəhərində, 30 noyabr 2019-cu il.
4- Səudiyyə Ərəbistanına aid, Səədə vilayətinin şimalında, 21 may 2021-ci il.
5- Səudiyyə Ərəbistanına aid, Səədə vilayətinin şimalında yerləşən Kataf şəhərində, 13 sentyabr 2021-ci il.
6- BƏƏ-yə aid, Şəbvə əyalətinin Useylan şəhərində, 5 yanvar 2022-ci il.
7- BƏƏ-yə aid, Şəbvə əyalətinin Ein şəhərində, 11 yanvar 2022-ci il.
8- Səudiyyə Ərəbistanına aid, Səədə vilayətinin şimalında yerləşən Kataf şəhərində, 24 may 2022.
9- Səudiyyə Ərəbistanına aid, Əl-Cəvf vilayətində, 21 mart 2023-cü il.

Şəkil arxivdəndir.

Daha çox oxuyun: İnfoqrafik: Yəməndə Səudiyyə koalisiyası və Amerikanın hava sistemlərinin itkiləri

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir