İran xarici işlər nazirinin siyasi müavini Ermənistandadır

Çərşənbə 22 Mart 2023 - 17:54
https://az.iswnews.com/?p=20033

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran xarici işlər nazirinin siyasi müavini Əli Baqiri Kəni Ermənistana iki günlük səfər edib.

İran Xarici işlər nazirinin siyasi müavini Əli Baqiri Kəni dünən 21 mart tarixində iki günlük Ermənistana səfər edib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani ilə regional təhlükəsizlik və təhdidləri müzakirə edib.

Qriqoryan İran rəsmisinə Ermənistan-Azərbaycan şərti sərhədindəki vəziyyət və Qarabağ ətrafındakı vəziyyət barədə danışıb.

İranın Xarici İşlər Nazirliyinin siyasi müavini Əli Baqiri Kəni dünən (21 mart çərşənbə axşamı) Tvitter səhifəsində İrəvana səfəri barədə məlumat verib və yazıb: “Yeni ilin (Şəmsi ili) ilk günündən bir neçə saat keçməmiş “Qonşuluq siyasətinin möhkəmlənməsi” və “Qafqaz regionu”nun prioriteti üzərində mərkəzləşən (İranın) diplomatik sistemin sürətli hərəkəti başladı”.

O əlavə etdi: “Mən erməni həmkarımın dəvəti ilə bu gün günorta saatlarında iki günlük işgüzar səfərə İrəvana yola düşürəm”. ⁧‫

Qeyd edək ki, ötən il İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian İrəvana səfər etmiş və erməni həmkarı ilə birlikdə Qafanda İranın Baş Konsulluğunu açmışdır.

Daha çox oxuyun: Qafqazın İranla cənub sərhədlərinin qaynar həftəsi

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir