Azərbaycan Silahlı qüvvələri erməniləri atəşə tutub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Rusiya və Ermənistan medialarına istinadən xəbər verir ki, Azərbaycan Silahlı qüvvələri Xocavənd istiqamətində bir neçə ermənini atəşə tutub.
Martın 22-də saat 09:30 radələrində Çartar (Xocavənd) bölgəsinin sakinləri Q.Arutyunyan, A.Qaqramanyan, M.Civanyan, Q.Qukasyan, K.Davtyan, A.Adamyan və D.Davtyan üzüm bağlarında kənd təsərrüfatı işləri apararkən, Çartar bölgəsinin inzibati ərazisində yerləşən “Klazin Dzor” adlanan ərazidə Azərbaycan Silahlı Qüvvələrinin atəşinə məruz qalıblar.
Azərbaycan ərazisinə bitişik olan döyüş mövqelərindən dinc əhaliyə müxtəlif atıcı silahlardan ardıcıl atəş açılıb, nəticədə kənd təsərrüfatı işləri dayandırılıb.
Hadisə ilə bağlı məlumat Rusiya Sülhməramlı Kontingentinin komandanlığına ötürülüb.
/Məlumatı Rusiya və Ermənistan mediası bildirib/
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Ermənistan və Azərbaycan Respublikasının sərhədyanı rayonlarında son bir neçə gündə vəziyyətin kritik həddə çatdığı vaxtda və prezident Əliyevin kəskin bəyanatlar verdiyi zaman Xocavənd rayonunda baş verib. Həmçinin hər hansı silahlı qarşıdurma və itkilərin baş verməsi Qafqaz bölgəsində kütləvi müharibənin başlanmasına səbəb ola bilər.
Rəy