Bəşər Əsəd BƏƏ-də səfərdədir + FOTO

Bazar 19 Mart 2023 - 15:45
https://az.iswnews.com/?p=19948

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd və Xanımı Əsma Əsəd, Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər ediblər.

Prezident Bəşər Əsəd və birinci xanım Əsma Əsəd bu gün 19 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər ediblər və onları Əbu-Dabi Prezident Hava Limanında Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qarşılayıb.

Əsədin səfərini qarşılamaq üçün BƏƏ hava məkanına daxil olan təyyarəni bir neçə qırıcı təyyarə müşayiət edib.

Sonra Əsəd Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə söhbət etmək üçün “Qəsr Əl-Vətən”ə getdi.

Xanım Əsma Əsəd “Əmirliyin anası” Şeyxə Fatimə bint Mübarək, Ümumi Qadınlar Birliyinin rəhbəri, Ana və Uşaq Ali Şurasının rəhbəri, Ailə İnkişafı Fondunun rəhbəri ilə görüşüb.

Prezident Bəşər Əsədin rəsmi qarşılanma mərasimi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın iştirakı ilə keçirilib.

Prezident Əsəd BƏƏ-nin digər rəsmiləri tərəfindən qarşılanıb.

Prezident Əsədi müşayiət edən nümayəndə heyətinə Prezident İşləri Naziri Mənsur Əzzam, İqtisadiyyat və Xarici Ticarət Naziri Dr. Məhəmməd Samer Əl-Xəlil, İnformasiya Naziri Dr. Butras Əl-Halaq, Xarici İşlər Nazirinin müavini Dr. Ayman Sosan və Suriya işləri və Suriyanın BƏƏ-dəki səfirliyinin müvəqqəti işlər vəkili Dr. Ğassan Abbas daxildir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir