Seyid Həsən Ameli: “Niyə İsrailin səfirini XİN-ə çağırmırsınız?”
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İranın Ərdəbil vilayətinin İmam Cüməsi Ayətullah Seyid Həsən Ameli bu həftəki cümə xütbəsində Azərbyacan hakimiyyətinə səslənərək deyib: “Niyə İsrailin səfirini XİN-ə çağırmırsınız?”.
Ərdəbilin cümə imamı Ayətullah Seyid Həsən Amili martın 17-də bu həftəki cümə namazı xütbəsində İsrail rejimindəki daxili hadisələrinə toxunub: “Bu günlərdə İsraildə daxili qarşıdurmalar partlayış həddinə çatıb. Netanyahu hökumətinə bir neçə yerdən təzyiqlər var. Hər şeydən əvvəl İsrail daxilində yəhudilər Netanyahuya qarşı hər gün nümayişlər keçirir. İkincisi, fələstinlilərin hücumlarıdır və İsrailin onlara qarşı soyqırımının dağıntıları altında çox mübariz bir nəsil yetişib. Digər bir məsələ isə Cenin və Nablusda baş verən hadisələrin fonunda şəhid olan fələstinlilərə görə yerli əhalinin haqlı qəzəbindən doğan addımlardır”.
Ayətullah Ameli davam etdi: “Bu natəmiz rejimin diqqətləri özündən və cinayətlərindən yayındırmaq üçün regionda fitnə-fəsad törətməsi ehtimalı az deyil. Təbii ki, İran əleyhinə ciddi addımlar atmağa gücü olmasa da lakin, bu günlərdə daim İrana hücum etməkdən danışır. Biz bu rejimin iddiasına önəm verməsək də İsrailin rəsmi mənbələri bizim üçün İsrailin hücumundan qat-qat ağır olan bir məsələyə toxunub. İsrailin rəsmi mənbələri ötən günlərdə İranın nüvə obyektlərinə hücum olacağı təqdirdə, Azərbaycan Respublikası İsrailə kömək məqsədilə bir neçə hava limanını israilin ixtiyarında qoyacağını bildirib. Eyni zamanda İsrail rejiminin rəsmi mənbələri elan ediblər ki, İsrail Azərbaycan hökumətinin razılığı ilə İran əleyhinə Mossadın Azərbaycanda filialını yaradıb və oradan Mossad İrana nəzarət edir”.
Ayətullah Ameli sözünün davamında bildirdi: “Azərbaycanın İsraildəki səfiri dərhal bunların yalan olduğunu bəyan etdi. Amma həqiqətən də yalandırsa, İsrailin Bakıdakı səfirini niyə Xarici İşlər Nazirliyinə çağırmırsınız? Azərbaycanın təhlükəsizliyini pozmaq üçün niyə ən təhlükəli sözü dilə gətirmələrinə sususrsunuz? Rəsmi mənbələr heç vaxt koordinasiyasız, xüsusilə Azərbaycan, İran və regionun təhlükəsizliyi ilə bağlı həssas və təhlükəli bir kəlmə belə deməzlər. Azərbaycan hökumətinə öz gileyimizi bildirərək deyirik ki, İran ən həssas müharibə mərhələsində qətiyyətlə sizə həyati əhəmiyyətli köməklər etməyinin əvəzi bu deyildi. Təbii ki, biz qeyrətli, uzaqgörən və anlayışlı Azərbaycan xalqını hökumətə qatmırıq. Əhli-Beyt (ə) ardıcılı olan Azərbaycan xalqı var olduqca Azərbaycan heç vaxt İrana hücum paliqonuna çevrilməyəcək”.
Ərdəbilin cümə xətibi çıxışının sonunda əlavə etdi: “Biz hətta bir gün Azərbaycanın rəsmi televiziyasında İranın hər gün təhqir olunacağını belə düşünmüşdük. Lakin belə düşünməzdik ki, bir gün İsrail fəxrlə “Azərbaycan torpağından istifadə edərək İrana hücum edəcəyik” desin”.
Rəy