Amerikalı hərbi müşavir Yəməndə öldürülüb

Şənbə 18 Mart 2023 - 16:53
https://az.iswnews.com/?p=19910

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Şəbvə əyalətində Əl-Əmaliqə qüvvələri ilə Amerika əsgərləri arasında baş verən toqquşma nəticəsində amerikalı hərbi müşavirlərdən biri öldürülüb.

Şəbvə əyalətindəki yerli mənbələrin məlumatına görə, Şəbvə əyalətinin mərkəzi Ətəq şəhərinin ətrafında yerləşən Əl-Mərrə bazasında Amerika əsgərləri ilə Əl-Əmaliqə qüvvələri arasında yaranan şifahi gərginlik zamanı amerikalı əsgərlərdən biri həlak olub. Münaqişə amerikalıların sələfi Əl-Əmaliqə üzvləri ilə Əl-Mərrə bazası namazxanasının audio sisteminə nəzarəti ilə bağlı mübahisə etdikdən sonra baş verib.

Bu hadisədən sonra istefa vermiş hökumət Əl-Əmaliqə qüvvələrindən səkkiz nəfərin həbs edilməsi haqqında əmr verib. Həmçinin vertolyot bu amerikalı əsgərin cəsədini Ərəb dənizindəki hərbi gəmiyə daşıyıb. Buna baxmayaraq, Şəbvə vilayətində istefa vermiş hökumətin yerli hakimiyyət orqanları münaqişənin baş verməsini və Əl-Mərrə bazasında bir amerikalının ölməsini təkzib ediblər.

Əl-Mərrə bazası Yəmən ordusunun Ətəq şəhərinin şimal-qərbində yerləşən Şəbvə əyalətindəki hərbi bazalarından biridir. Bu baza İslah partiyası silahlılarının Ətəq şəhərindən qovulmasından sonra amerikalı müşavirlərin zəbt etdiyi və ziyarət etdiyi yerlərdən biridir və bu ərazinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Onlayn xəritədə Əl-Mərrə bazasına baxın

Daha çox oxuyun: Yəmənin şərqindəki neft yataqlarına yeni Amerika qoşunları göndərilib

Orijinal ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir